Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Moskvada anti-erməni kampaniyası

10:18  |    22 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Erməni iş adamları Rusiya müxalifətinin qəzəbinə gəldilər; Rusiya da mənfur qonşular üçün arzuolunmaz məkana çevrilir; Solovyev kimi qatı erməni havadarlar dərhal əl-ayağa düşdülər...

Məxməri inqilab”dan sonra İrəvan-Moskva əlaqələri hələ də əvvəlki yüksək səviyyəsinə çatmayıb. Əksinə, Rusiya-Ermənistan münasibətlərində kataklizmlər davam etməkdədir. Bu dəfə ermənilərin kütləvi köç elədiyi Rusiyada ermənilərə qarşı narazılıq baş qaldırıb. Söhbət Moskvanın Tver küçəsindəki “Ermənistan” restoran-mağazası ətrafında cərəyan edən hadisələrdən gedir.

“Yeni Müsavat” yada salır ki, ötən ayın 27-də ərazidə müxalifətçi siyasi lider Aleksey Navalnının təşkilatçılığı ilə Rusiya müxalifəti hökumətlə razılaşdırılmayan izdihamlı etiraz aksiyası keçirmişdi. Aksiya Rusiya Şəhər Duması üzvlüyünə namizədliyi qanunsuz şəkildə ləğv edilmiş müxalifətçilərin hüquqlarının bərpasına həsr olunmuşdu. O zaman mitinq-yürüş hökumət qüvvələri tərəfindən zorakılıqla dağıdılmış, çoxsaylı yaralananlar olmuşdu. Eyni zamanda kütləvi həbslər aparılmışdı.

*****

Həmin hadisələr və toqquşmalar zamanı “Ermənistan” da ziyan görüb - maddi planda. Belə ki, restoran-mağaza bağlı qaldığından ziyana düşüb. O səbəbə onun sahibləri, “Ankor” MMM-nin erməni rəhbərləri məhkəmədə Aleksey Navalnıya, Moskva Şəhər Dumasına namizədliyi qeydə alınmayan İlya Yaşin və Lyubov Sobola qarşı təzminat davası açıb. İddiaçı tərəf aksiya günü restoranın bağlanması qarşılığında təzminat kimi 550 min rubl tələb edir. Artıq məhkəmə iddianı icraata qəbul edib.



Hər şeydən də bundan sonra başlayıb. Qəzəblənən Moskva sakinləri “Ermənistan” restoran-mağazasını kütləvi boykota başlayıblar. Dünyanın tanınmış siyasi rejissorlarından biri olan Vitali Manski bu xüsusda açıq şəkildə obyektin boykotuna çağıraraq, öz facebook səhifəsində yazıb: “Mənim ayağım bir də heç vaxt Tver-17-dəki ”Ermənistan" kafe-restoranın kandarına belə dəyməyəcək. Bu, mənim evimin yanıdır. Mən orada illərlə alış-veriş edirdim, işlə bağlı görüşlərim olurdu. Ancaq “Ermənistan” 27 iyuldakı aksiya zamanı ziyana görə (!!) qeydə alınmamış namizədlərə qarşı təzminat davası açdı. Düz sözümdür, çox istərdim ki, “Ermənistan”ın sahibləri gerçəkdə əldən çıxmış gəlirin nə olduğunu anlasınlar. Ümid edirəm ki, bu biznesmenlərə qarşı belə bir addımı təkcə mən atmayacağam".

Həqiqətən də bu çağırışdan sonra restoranın boykotu başlayıb və daha böyük ziyanla işləməyə başlayıb. Bunu görən ermənilərin Rusiya KİV-lərindəki ənənəvi təbliğatçıları - teleaparıcı Vladimir Solovyev və RT-nin baş redaktoru Marqarita Simonyan hərəkətə keçiblər. Simonyan müxalifətçiləri kəskin tənqid edib və müəssisənin müdafiəsinə qalxıb. Onu da deyib ki, “ora əsasən milli yeməklər üçün darıxan ermənilər gedir”. Solovyov da “Ermənistan”ın tərəfini tutub. Qeyd edib ki, “müxalifətçilərin istifadə elədikləri üsullar xaricdən gəlib və gülməli görünür”.

*****

Baş verənlərdən, yəni aksiya təşkilatçılarına qarşı təzminat iddiası qaldırılmasının ardınca kütləvi tənqidin artmasından sonra “Ermənistan” restoranı facebook-dakı səhifəsinə girişi məhdudlaşdırıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Dojd” telekanalı məlumat yayıb.

“Kommersant” nəşri isə qeyd edib ki, neqativ şərhlər və statuslar restoranın reytinqini darmadağın edərək, 5 baldan 2 bala endirib. Şikayətlərin əksəriyyəti xidmətə aid olub - keyfiyyətsiz yeməklər, hay-küy, çirk, həmçinin savadsız və ədəbsiz xidmət personalı ilə bağlı olub. Bəziləri isə yazıb ki, restoran “Rosqvardiya”ya xidmət göstərsə, yaxşıdır.

*****

İlk baxışda “Ermənistan” restoranı ətrafında yaşananlar lokal olay təəssüratı bağışlaya bilər. Lakin geniş planda bu, Rusiyada ermənilərə qarşı ovqatdan xəbər verir və cəmiyyətdə anti-erməni ovqatını körükləyir. Çünki hazırda paytaxt Moskvada siyasi müxalifət tərəfdarları, yəni hakimiyyətdən narazılar daha çoxdur, nəinki hakimiyyət pərəstişkarları. Son rəy sorğuları da göstərir ki, prezident Vladimir Putinin reytinqi Moskva başqa olmaqla, iri şəhərlərdə və meqapolislərdə aşağıdır.

Yəni məsələdə tipik erməni xisləti, ermənilərin hər yerdə öz “dəri maraqları”ndan çıxış etməsi kimi mənfəət güdmə mahiyyəti qabarmış olur. Görünür, bu və digər məqamları nəzərə alan Vladimir Solovyev kimi qatı ermənipərəst havadarlar dərhal əl-ayağa düşüblər...

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili