Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Şəhid pilotun anım mərasimi keçirilib - VİDEO

19:42  |    21 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid mayor Təbriz Musazadənin anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, mərasimdə MN-nin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərə dövlət qayğısından, şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhid pilotun həyat yoldaşı Pərvaz Musazadə şəhidlərə və şəhid ailələrinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Sonda “Onlar unudulmur” kitabının, Azadə Taleh Abbasqızının şəhid pilota həsr etdiyi “Vətənimin qürur yeri, Vətənimin şəhid oğlu” kitabının və ssenarisi əsasında hazırlanmış sənədli filmin təqdimatı olub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq