Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

“Atatürk” parkında obyekti sökülən qazinin problemi həll olundu – Bakı meri döyüşçüləri qəbul etdi

17:59  |    21 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Bakının Nərimanov rayonu ərazisində yerləşən “Atatürk” parkında obyekti sökülən Qarabağ qazisi Rafiq İbadovun problemi həll olunub.

Bu barədə QAZİLER.AZ saytına “Qarabağ qaziləri” birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. Onun verdiyi məlumata görə, problem Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşdə həll edilib.

R.Kərimoğlu bildirib ki, təxminən səkkiz aydır Bakının Nərimanov rayonu ərazisində yerləşən “Atatürk” parkında təmir-tikinti işləri gedir. Bu zaman 1995-ci ildən parkda çayxana-kafesi olan Rafiq İbadovun obyekti sökülüb. Qaziyə söz verilmişdi ki, parkda yenidənqurma işləri aparıldıqdan sonra onun çayxana-kafesi dövlət tərəfindən yenidən tikilib veriləcək.

Rəsmilər “Qarabağ qaziləri”, birliyinin, “Qarabağ Əlillərinə Qayğı” birliyinin rəhbərləri ilə görüşdə də demişdilər ki, qazimizlə bağlı heç bir problem olmayacaq.

“Amma bir neçə gün əvvəl Bakı şəhər icra hakimiyyətinin rəsmi nümayəndəsi Rafiq İbadova zəng edərək deyib ki, yaxın vaxtlarda parkda açılış olacaq, Prezident gəlib gedəndən sonra sənə balaca bir köşk qoyarıq, səs-küy salma. Yəni Rafiq İbadovun 23 ildir işlətdiyi çayxana-kafe ixtisara düşür. Qazi rəsmi şikayətlə “Qarabağ qaziləri”, birliyinin, “Qarabağ Əlillərinə Qayğı” birliyinə müraciət etdi. Biz də araşdırma apardıq. Parkda olarkən gördük ki, digər obyektlər-restoranlar daha genişləndirilir, hətta onlar ikimərtəbə tikilir. Bu da hər iki təşkilat rəhbərliyinin narazılığına səbəb oldu. Bundan sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşümüz oldu. Görüşdə obyekti sökülən Rafiq İbadov, “Qarabağ qaziləri” və “Qarabağ əlillərinə Qayğı” birliyinin rəhbərləri iştirak etdi. Mən də görüş iştirakçıları arasındaydım. Eldar müəllim bildirdi ki, qazinin obyektini yüngül metal konstruksiya şəklində dövlət hesabına tikib verəcəklər. Əvvəlkindən də böyük və yaraşıqlı formada olacaq. Ona yeni sənəd də təqdim ediləcək. Görüşdə o da məlum oldu ki, Eldar Əzizov əvvəldən bu qərarı veribmiş. Görünür, arada anlaşılmazlıq olub. Bundan başqa, görüş zamanı Qarabağ əlillərinin və Şəhid ailələrinin bir çox vacib problemi də Eldar müəllimlə müzakirə olundu. Çox vacib və maraqlı təkliflərlə çıxış etdik. Başçı onu da bildirdi ki, imkanı daxilində bu məsələlərin həllində bizə kömək edəcək. Eyni zamanda, cənab mer bu görüşün gələcək əməkdaşlıq üçün çox faydalı olduğunu vurğuladı. Və belə təmasların gələcəkdə də davam etdirilməsi də razılaşdırıldı. Biz də həm Rafiqin probleminin həllinə, həm də səmimi qəbula görə cənab başçıya minnətdarlığımızı bildirdik. ” - deyə, Rey Kərimoğlu vurğulayıb.

Görüşdə dövlətin Qarabağ əlillərinin, Şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən də ətraflı söhbət açılıb. İştirakçılar bildiriblər ki, hər hansı bir məmurun yaratdığı problem bütövlükdə dövlətin bu istiqamətdə gördüyü böyük işlərin üzərinə kölgə sala bilməz.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub