Müğənni Mehin Hümbətova Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan Orxan Bağırzadənin bir illik təhsil haqqını ödəyib.

Qeyd edək ki, atası təhsil almasını istəməsə də, 18 yaşlı Orxan Azərbaycan Dillər Universitetinə qəbul olub. O, artıq qeydiyyatdan keçib. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır. Atası təhsil almağa qoymadığı üçün Orxan evi tərk edib.
Xatırladaq ki, Mehin Hümbətovanın atası 1992-ci il Ağdərə uğrunda döyüşlərdə şəhid olub.

Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər