Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi - VİDEO

23:35  |    20 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Bu il universitetə daxil olmasına baxmayaraq, atası təhsil almasına qarşı çıxaraq onu evdən qovdu.

Paytaxtın Sabunçu rayonunda yaşayan Orxan Bağızadə müəllim yanına getmədən qəbul imtahanında uğurlu nəticə göstərib. O, bu il keçirilən qəbul imtahanında 336 bal toplayaraq ödənişli əsaslalarla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Ancaq atası övladının təhsil almasını istəmədiyi üçün onun attestatını və digər sənədlərini gizlədərək qəbul prosesinə mane olmağa çalışıb.

Orxan Bağızadə deyir ki, atası tərəfdən təhsil almasına mane törədilməsinə səbəb onunla prinsip aparmasıdır. Orxan 7 yaşında olarkən anasını itirib. Bundan sonra isə atası başqa bir qadınla ailə həyatı qurub. Həmin qadının isə başqa şəxsdən bir qızı var imiş. Ancaq həmin qız hazırlaşsa da universitetə qəbul ola bilməyib. Orxanın bildirdiyinə görə, atası tərəfdən prinsip yaranıb ki, o qız oxumayıbsa, Orxan da oxumalı deyil. Ancaq Orxan Bağızadə bunlara məhəl qoymayaraq istəyinə çatıb.

Bir müddət keçəndən sonra Orxan sənədlərini atasından tələb etdiyi zaman atası polisə müraciət edərək Orxanın evdən oğurluq etdiyini bildirib. Halbuki, Orxan iddia edir ki, evdən çıxan zaman üzərində çantası və kitabları olub.

Atası onu evdən qovduqdan sonra O, sinif yoldaşının evində qalmaq məcburiyyətində qalıb. Orxan universitetdə qeydiyyatdan keçən zaman sənədlərində problem yaranmasına baxmayaraq Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin rəhbərliyi ona köməklik göstərib.İndi onun Dillər Universitetində oxumasına heç bir əngəl qalmayıb. Orxana universitet tərəfindən müəyyən güzəştlər də edilib.

Universitet Orxanı təhsil aldığı müddətə yataqxanada yerlə də təmin edib.

Qeyd edək ki Orxan ödənişli əsaslarla təhsil alır. Təhsil haqqının ilkin ödənişini isə qardaşı kredit götürərək ona verib. Amma Orxan Bağızadə işləyərək həmin pulu da özü ödəyəcəyini bildirib. O hazırda restoranda ofisant işləyir, işləyə-işləyə oxumağın isə onun üçün problem yaratmayacağını deyir. Bu yeniyetmənin öz həyat devizi də var: çətinliklə əldə olunan naliyyətlər daha ləzzətlidir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi
19.09.2019
Evsiz Aprel qazisinin üçəm övladı doğuldu - FOTO
19.09.2019
Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı
19.09.2019
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO
19.09.2019
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər