Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6718

Digər sorğular

Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü

12:37  |    20 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb.

Qaziler.az xəbər verir ki, görüşdə Ümumdünya Qadın Sammitinin prezidentinə ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişləndirilməsinin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumat verilib.

Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidentinə Azərbaycan həqiqətlərindən danışıb.

İrene Natividad görüş zamanı rəhbərlik etdiyi təşkilatın Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini deyib. O, Azərbaycan nümayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığından məmnun olduğunu bildirib.

Q.Paşayeva İ.Natividada Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.02.2020
Müdafiə naziri Türkiyəyə başsağlığı verdi
28.02.2020
Başın sağ olsun, Kardeş Türkiye! - Azərbaycan XİN
27.02.2020
Türkiyə İdlibdə atəşkəsin əldə edilməsini istəyir
27.02.2020
Putin Ərdoğanla görüşmək istəmir
27.02.2020
Türk Hava Yolları uçuşları bərpa edib – Naxçıvan Səhiyyə Nazirliyi