Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi

21:44  |    18 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Əllərin qeyri-ixtiyari titrəməsi - əslində Parkinson xəstəliyinin simptomudur.

Qəfildən yaranır, çox insanları qorxudur. Lakin bu xəstəlik əllərin titrəməsinin səbəblərindən yalnız biridir.

Medicina.az bildirir ki, müəyyən dərəcədə əllərin əsməsi normal insan üçün normal haldır. Belə tremor geniş yayılıb. Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərzi ilə əlaqədardır.

1.Yorğunluq - istirahət və yuxu pozulması səhər tezdən insanın əlində titrəmə verə bilər. Xüsusən çay, qəhvə hazırlayanda, stəkan tutanda bu hiss olunur. Bir də axşamlar yatmazdan əvvəl başlaya bilər.

2.Kofein - həddən artıq kofeinli içkilər qəbulu əlləri əsdirir. Sutkalıq doza 300 mü-dan çox olmamalıdır.

3.Stress, həyəcan - psixoloji əsmə verir.

4.Bəzi dərmanlar - hormonal dərmanlar, antidepressantlar, litiy kimi preparatlar əllərin əsməsinə səbəb ola bilər.

ESSENSİAL TREMOR

Əgər yuxarıdakə səbəblər olmadan əllər əsirsə, o zaman vaxt itirməyib həkimə getmək lazımdır. Essensial əsçə xoşxassəlidir, ağır olmayan genetik xəstəlikdir, adətən 50-60 yaşdan sonra başlayır.

Essensial tremorda əgər əllər dinc vəziyyətdədirsə, iş görmürsə əsmir, amma elə ki, hərəkət etməyə, yazı yazmağa, ya fincana su alanda əsməyə başlayır.

Ekspertlər bu növ tremoru sinir sistemini daimi pozulması ilə izah edir, 25 nəfərdən 1-ni tutur və dünyada geniş yayılmış xəstəlikdir. 50 yaşlarında başlaylb, ahı dövrdə güclənə bilər. Əllərlə yanaşı titrəmə səsdə də hiss olunur. Vəziyyət elə də ağır deyil, amma diaqnozun qoyulması çox vacibdir, çünki Parkinson xəstəliyini istisna etmək lazımdır.

Parkinson titrəməsi- hətta sakit halda da ola bilər. Zamanla bədənə sirayət edir, yerişi dəyişir. Üz mimikası az hərəkətli olur, səs isə boğucudur. Belə xəstələr daim fikirli və kədəli görünür.

İstənilən əl titrəməsində müalicə nevroloq tərəfindən təyin olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.09.2019
Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ
07.09.2019
Köp deyib keçməyin! Ağır xəstəliklərin simptomu ola bilər
01.09.2019
Tez yuxuya getmək üçün bunları edin
01.09.2019
Kartofu qızardarkən xərçəng törədən maddə yaranır - Düzgün bişirilmə qaydası
01.09.2019
Bu əlamətlər varsa, qanınız azdır - Anemiyanın 12 SİMPTOMU