Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Şair Oqtay Rza vəfat edib

15:33  |    18 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Şair Oqtay Rza (Oqtay Rzalı Məhəmməd oğlu) vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Oqtay Rza bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Oqtay Rza 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alman Oqtay Rza əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlayıb, operator, baş operator, neftçıxarma ustası olub. Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), 1971-ci ildən isə dosent işləyib.

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdiribr. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur. Əsərləri xarici mətbuatda dərc edilib. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. "Torpağı dinləyirəm", "Ürəyi oxuyun" və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Ölümlə nəticələnən yol qəzasında avtomobil qaz kəmərinə çırpılıb
18.09.2019
Bakıda helikopter qəzaya uğrayıb
17.09.2019
Bakı metrosunda yeni qatarda problem - Stansiyaya təcili yardım çağırıldı
15.09.2019
Sabiq millət vəkili vəfat etdi
13.09.2019
Tovuzda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb - YENİLƏNİB-2