Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Şəmkirdə keçmiş həyat yoldaşının yaşadığı evi yandıran şəxs saxlanılıb

14:37  |    18 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Şəmkir rayonu Sarıtəpə kəndində boşandığı həyat yoldaşının yaşadığı evi yandıran rayonunun Dəllərcəyir kənd sakini Elmar Sadıqov saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11.30 radələrində E. Sadıqov saxlanılıb.

Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Sadıqov yandırıb. E. Sadıqov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.

Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M.Məsimovanın bədəninin 70, S.Məmmədovanın bədəninin 50 faizi yanıb. Vəziyyətləri ağır olan ana və qız xüsusi nəqliyyat vasitələri ilə Şəmkir Rayon mərkəzi Xəstəxanasından Bakıya yola salınıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Ölümlə nəticələnən yol qəzasında avtomobil qaz kəmərinə çırpılıb
18.09.2019
Bakıda helikopter qəzaya uğrayıb
17.09.2019
Bakı metrosunda yeni qatarda problem - Stansiyaya təcili yardım çağırıldı
15.09.2019
Sabiq millət vəkili vəfat etdi
13.09.2019
Tovuzda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb - YENİLƏNİB-2