Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Kadırov "padşah" dediyi Putinlə söhbətinin təfərrüatını açıqladı - VİDEO

21:47  |    16 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Çeçenistanın başçısı Ramzan Kadırov atası Əhməd Kadırovun öldürülməsindən sonra Rusiya Prezidenti Vladimir Putinlə baş tutmuş söhbətin təfərrüatını açıqlayıb.

R.Kadırov bu barədə İordaniyadan gəlmiş çeçen köçkünlərin övladları ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, V.Putinlə görüşdə 12 çeçen iştirak edib.

“Onların hamısı padşaha (Rusiya Prezidenti – red.) nə dediyimi bilir” , - Çeçenistanın başçısı deyib.

R.Kadırov qeyd edib ki, onun mövqeyi respublikada hərbi əməliyyatları başa çatdırmaqdan ibarət olub:

“Dağıdılmış Çeçenistanı bərpa etmək imkanı mənə veriləcəyi və İslama qarşı çıxılmayacağı təqdirdə, Rusiya ilə birlikdə olmağa hazır idim. Mən bu cür razılaşmadan sonra işə çıxmışam”.

O əlavə edib ki, atası Ə.Kadırov çeçenlərin Rusiya ilə yaşamaq və onun tərkib hissəsi olmaq istəklərini bəyan edəcəkləri halda Çeçenistana başçılıq etməyə razılıq verib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
İranda xəbərdarlıq: “Evinizdən çıxmayın!” - VİDEO
25.02.2020
Ceki Çan da koronavirusa yoluxdu: Karantinə götürüldü
25.02.2020
İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub
25.02.2020
Hüsnü Mübarək vəfat edib
25.02.2020
Koronavirusla bağlı ABŞ-a ittihamlar - bakterioloji silah izi...