Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Bir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurdu -VİDEO

18:38  |    16 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Avqustun 15-də Masallı rayonundakı şadlıq saraylarından birində “Aprel Şəhidi” Nurəddin Mirzəyevin qardaşı Nəcməddin bəy və digər “Aprel Şəhidi” Rəşid Baxşəliyevin bacısı Gülzar xanımın möhtəşəm toy məclisi keçirilib.

Modern.az saytı xəbər verir ki, qeyri-adi toyda bəy və gəlin masasını Şəhidlərimizin uğrunda can verdikləri Azərbaycan Bayrağı və hər iki Şəhidin rəsmləri bəzəyib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməsi ilə açıq elan olunan mərasimdə Şəhid Nurəddin Mirzəyevin xidmət etdiyi N saylı hərbi hissənin zabitləri, Şəhidin döyüş yoldaşları, Yardımlı rayon İcra Hakimiyyətinin (RİH), rayon Gənclər və idman idarəsi (Gİİ) və Səfərbərlik və Hərbi xidmətə çağırıış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon bölməsinin nümayəndələri iştirak ediblər.


Hərbi qulluqçular çıxış edərək N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Firudin Əzizovun qurulan bu müqəddəs ailəyə təbrik məktubunu oxuyub, bəy və gəlinə qiymətli hədiyyələr təqdim ediblər.


Yardımlı RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbsinin müdiri Zakir İmanov rayon rəhbərliyi olaraq bu şad günə şərik olmağın böyük bir şərəf olduğunu, Şəhidlərimizin daim xalqın və ölkə rəhbərliyinin diqqətində olduğunu vurğulayıb.


Daha bir maraqlı və ibrətamiz məqam ondan ibarətdir ki gənclərin tanışlığı da qəribə bir uyğunluqla baş verib. Belə ki, onlar məhz digər bir "Aprel Şəhidi" olan Nurlan Əsgərlinin qardaşının toy məclisində tanış olublar. Yəni yeni qurulan bu Azərbaycan ailəsinin təməli sırf Şəhidlərlə bağlıdır.


Hər kəsə örnək olan gənclərimizin Vətənə və Şəhidlərimizə layiq bir ailə olacaqlarına inamımızı ifadə edirik. Bəylə gəlini ADPU-un tələbəsi Taleh HunOba Nurlu onların izdivacına həsr etdiyi "Şəhidlərin qurduğu ailə" şeir ilə təbrik edib.

Xatırladaq ki, iyulun 13-də Bakıdakı şadlıq saraylarından birində cütlüyün qız toyu keçirilmişdi...

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU