Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Qarabağ qazisindən Prezidentə MÜRACİƏT: Mənə torpaq vermirlər

14:19  |    16 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Yevlax rayonunun Qoyunbinəsi kənd sakini II qrup Qarabağ əlili, 3 uşaq atası Teyyub Dadaşov ölkə Prezidentinə, Vitse-prezidentə müraciət edərək torpaq sahəsi almaq üçün kənd bələdiyyəsinə müraciətlərinin cavabsız qaldığından şikayətlənib.

Qaziler.az bildirir ki, hazırda iki oğlu vətən qarşısında borcunu vermək üçün hərbi xidmətdə olan Qarabağ qazisi bildirir ki, əkinçiliklə məşğul olmaq üçün kifayət qədər torpaq sahəsinə malik deyil və bu səbəbdən öz təcrübəsindən və imkanlarından istifadə edə bilmir. “Baxmayaraq ki, bizim kəndin inzibati ərazi bölgüsündə yüzlərlə hektar kənd bələdiyyəsinin ehtiyat fonduna aid yararlı torpaq sahələri var. Kənd əhalisinə bu günə qədər məlum deyil ki, həmin torpaq sahələri kimin istifadəsindədir, kimlər həmin torpaq sahələrindən nə məqsədlə istifadə edir və ümumiyyətlə, bələdiyyəyə aid bu torpaq sahələrindən əldə olunan gəlirlər bələdiyyənin büdcəsinə köçürülürmü? Mənim bildiyim qədər bələdiyyə mülkiyyətində olan həmin torpaq sahələrinin heç bir qeydiyyatı aparılmır, onlara heç bir nəzarət yoxdur və bələdiyyə torpaqları bir neçə şəxs tərəfindən uzyn illərdir ki, zəbt olunaraq o şəxslərin maraqları üçün istifadə olunur” - deyə Qarabağ əlili qeyd edib.

Teyyub Dadaşov Prezidentə ünvanladığı bu müraciətlə böyük ailə başçısı olduğunu nəzərə alınmasını, sözügedən bələdiyyə torpaqlarından 20 ha ayrılaraq onun ailəsinin istifadəsinə verilməsini xahiş edib.









Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi
19.09.2019
Evsiz Aprel qazisinin üçəm övladı doğuldu - FOTO
19.09.2019
Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı
19.09.2019
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO
19.09.2019
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər