Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Rəsədxana: Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

17:38  |    15 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 15-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan APA-ya verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 450 km/san olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).
Kosmik hava proqnozuna əsasən, avqustun 15 - 17-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ilk gün (15 avqust) Günəş küləyi parametrlərinin sakit rejimə uyğun olacağı, 16 avqustdan etibarən tac dəliyindən çıxan yüksək sürətli axınlar effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk gün (15 avqust) sakit şərait (Kp=1, 2) proqnozlaşdırılır. Növbəti proqnoz günü (16 avqust) CH HSS effekti geoeffektiv olacağından nisbətən fəallıq (Kp=2, 3) müşahidə olunacaq. Sonuncu proqnoz günü (17 avqust) yenidən çox sakit şərait (Kp=1, 2) hökm sürəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Qəribə inanclar: 7 illik uğursuzluğun əlaməti, açarla fahişəliyin əlaqəsi, üçlükdə şəkil çəkdirmək qorxusu...
19.09.2019
Almaniyada türklərin "İzmir marşı", bayraq və məşəllərlə qız alma alayı - Almanlar qorxuya düşdü - VİDEO
13.09.2019
Bu gün ərə gedən aparıcı toya cənazə maşınında gəldi - Fotolar
13.09.2019
Cümə günü, ayın 13-ü nəhs gündür? - Din xadimi: “Təxribat aparıblar ki…”
11.09.2019
İki arvadı tərəfindən döyüldü - Boşanmadan üçüncünü almaq istəyirmiş - VİDEO