Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

Əncirin inanılmaz faydaları

13:18  |    15 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Əncir gücü artırır.

Yüksək qan təzyiqini azaldır. Sümük möhkəmliyini artırır.

Xalq təbabətində əncirin qurudulmuş yarpaqlarından sulu dəmləmə və bişirmə formasında, kal meyvələrin südündən isə sulu emulsiya şəklində, eləcə də təzə yetişmiş meyvələrinin şirəsindən ürək xəstəliklərində və hipertoniyada istifadə edilir. Əncirin meyvələrindən hazırlanan doşabdan və mürəbbədən, eləcə də qurudulmuş meyvələrindən şəkərli qida kimi qüvvətverici vasitə kimi istifadə olunur.

Naxçıvanda əncirin qurudulmuş meyvələrini qanazlığı zamanı yeyirlər. Əncirin mürəbbəsi və cemi qanazlığı və zəiflik zamanı qüvvətverici vasitə kimi işlədilir.

Ənciri od üzərində qovurub yuxugətirici dərman kimi qəbul edirlər. Əngirin qurudulmuş yarpaqlarından və meyvələrindən soyuqdəymələrdə çay kimi dəmləyib, sinəyumşaldıcı dərman kimi içirlər. Əncir quru öskürəkdə və boğaz ağrılarında yumşaldıcı öskürək dərmanı kimi də istifadə edilir.


Salyan rayonunda yerli əhali əncirin qurudulmuş yarpaqlarından çay hazırlayıb, bronxial astmaya qarşı, eləcə də böyrək xəstəliklərində sidikqovucu kimi istifadə edirlər.


Əncir ağacının yarpaqlarından və kökündən dəmləmə [çay] hazırlayıb, ishala və dezenteriyaya qarşı içirlər. Əncirin meyvəsini süddə bişirib, qusmanın qarşısını almaq üçün işlədirlər. Əncir bitkisinin yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb [emulsiya] uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar. Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır.


Əncirin meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoymaqla yaranı yetişdirmək və onun hovunu almaq üçün istifadə edilir. Təzə dərilmiş yarpaqlarını yandırıb onun külündən inək yağında məlhəm hazırlayıb, dəri yaralarının müalicəsində işlədirlər.


Yuxarıda qeyd olunanlardan göründüyü kimi əncir çox faydalı bitkidir. Onun meyvələri ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürəklərin iltihabını aradan qaldıran və ağrı kəsən təsirə malikdir. Bundan əlavə, zərif işlədici və sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.


Əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzim edir. Təəssüf ki, belə qiymətli bitkinin inkişafına, artmasına, becərilmə sahəsinin genişlənməsinə respublikamızda çox az fikir verilir. Halbuki əncir ağacları öz inkişafı üçün çox zəhmət tələb etmir, o quraqlığa davamlı bitkidir. O, hər fəsildə insanlara bal kimi şirin, ətirli və bol meyvələr verir. O, hətta öz inkişafında su da tələb etmir
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Telefonla danışmaq gənclərin yerişini dəyişir – ALİMLƏR
11.02.2020
Çində koronavirus yayılan ərazidən gələn 12 nəfər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır - RƏSMİ
04.02.2020
ÜST: Koronavirus güclü epidemiya deyil
31.01.2020
Əgər təzyiqiniz 120/80-dirsə...- Təhlükəlidir - VİDEO
29.01.2020
Koronavirusla bağlı əhaliyə tövsiyələr