Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6940

Digər sorğular

Elman Rüstəmov dünya mərkəzi bank sədrləri arasında ikincilərdən olub

22:48  |    14 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində B kateqoriyada qərarlaşıb.

“Report” xəbər verir ki, bu barədə “Global Finance” jurnalının hazırladığı “Central Banker Report Cards 2019” hesabatında qeyd edilib.

Hər il hazırlanan hesabatda bu il ümumilikdə 94 ölkənin mərkəzi bankının sədri yer alıb. Sədrlərin dərəcələndirliməsi “A”dan “F”dək müəyyənləşib ki, bu zaman onların inflyasiyaya nəzarət, iqtisadi inkişaf məqsədləri, məzənnə sabitliyi və faizin idarə edilməsi sahələrində uğurları nəzərə alınır.

Bu baxımdan “A” kateqoriyası ən yaxşı, “F” isə ən pis nəticə olaraq götürülür.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “B” kateqoriyasında qərarlaşıb. Xatırladaq ki, 2018-ci ildə də AMB sədri eyni yerdə idi.

Builki sıralamada “A” kateqoriyasında Avstraliya, Honduras, İslandiya, Küveyt, Livan, Meksika, Mərakeş, Rusiya, Cənubi Koreya və Tayvan yer alıb. Qonşu Gürcüstan “A”da qərarlaşsa da Ermənistan, ümumiyyətlə, siyahıya daxil edilməyib.

Sonuncu “F” kateqoriyasında isə Venesuela qərarlaşıb. “Global Finance” jurnalı Baham, Şərqi Karib, Paraqvay, Macarıstan, İsveç, İndoneziya, Yaponiya, Malayziya, Şri-Lanka, Tailand, Anqola, Qana, Madaqaskar, Mavritaniya, Oman, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi banklarının sədrlərini Elman Rüstəmovun qrup yoldaşı kimi qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.07.2020
Benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01.07.2020
Dolların sabaha olan məzənnəsi
01.07.2020
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi
01.07.2020
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
01.07.2020
Prezident SƏRƏNCAM imzaladı