Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

“Məmməd Əmin Rəsulzadə” gəmisi VURULDU“Palmali”dən açıqlama

10:25  |    14 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “Mammad Amin Rasulzade” İstanbulun Dəmir bölgəsində “Doric Varrior” gəmisi tərəfindən vurulub.

Axar.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupu məlumat yayıb.

Açıqlamada gəminin limanda vurulduğu qeyd edilib:

“Mammad Amin Rasulzade” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Varrior” gəmisinin uzunluğu 230 metrdir. Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması mində bir ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək üçün gözləyirdi”.

Şirkətin açıqlamasında gəminin vurulduqdan sonra batması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib:

“Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediyası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi ücün maliyyələşən, adı “it dəftəri”ndə olmayan sayt bu insidenti baş xəbər edir. Təbii ki, bundan sonra “dost” media qurumları “Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən, yaxud yaralananların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, “Məmməd Amin Rasulzade” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. Digər tərəfdən, yazırlar ki, gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik ki, toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur! Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. Vurğulayırıq ki, “Mammad Amin Rasulzade” gəmisi batmır! Gəmimizi batıra bilmədiniz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”

Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə “Mammad Amin Rasulzade” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi.

Ötən gün sözügedən gəminin batması haqda xəbərlər yayılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
ABŞ qadağan olunmuş hansı raketi sınaqdan keçirdi?
19.08.2019
Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”
19.08.2019
Suriya ordusu Türkiyənin hərbi karvanına hücum edib
19.08.2019
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – qalmaqal
19.08.2019
Tramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edib