Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

Sərhədçilərimiz helikopterlə Keşikçidağa endi - Video

22:53  |    24 İyul 2019  |   E-mail  |  Çapa göndər


Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

Axar.az “AzeriDefence”ə istinadən xəbər verir ki, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.

Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə təhlükəsizlik tədbirləri görən Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşayiət edib.

Bu zaman ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastıra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr edib.

Təxribatçı kütləni idarə edənlərdən biri olan, ictimai fəal David Katsarava isə ötən gün özünün Feysbuk səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastırın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: “Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır… Azərbaycan tərəfində Qareci dağının (oxu Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.

Katsarava ərazidən dron vasitəsi ilə çəkilmiş fotoları da paylaşıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - VİDEO
18.02.2020
"Qaçqınkom" yanğınla bağlı məlumat yayıb
18.02.2020
“Sədərək” TM-də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
18.02.2020
"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb - VİDEO
18.02.2020
"Sədərək"də baş verən yanğında 9 nəfərə yerində yardım göstərilib, bir nəfər KTM-ə aparılır