Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

Sabahın hava proqnozu

17:19  |    24 İyul 2019  |   E-mail  |  Çapa göndər

İyulun 25-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Mülayim şimal küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2019
Bu rayonlarda qaz təchizatı müvəqqəti dayandırılacaq
23.10.2019
Xaçmazda 80 abonentin qaz təminatı dayandırılıb
23.10.2019
Tanınmış şair Şahmar Əkbərzadənin xatirəsi anılıb
23.10.2019
Əli Əsədov kadr islahatlarına başlayıb
22.10.2019
Qənirə Paşayeva MM-də ailələrin və uşaq təşkilatlarının uşaq hüquqları ilə bağlı bir sıra təkliflər səsləndirib - Video