Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

Consonun babasının Türkiyədə yaşadığı ev satılır

17:30  |    24 İyul 2019  |   E-mail  |  Çapa göndər


İstanbulda Topxana Muşiri Zəki Paşa villası 550 milyon lirəyə satışa çıxarılıb.

Musavat.com xəbər verir ki, satışa çıxarılan bu villada Böyük Britaniyanın yeni baş naziri olan Boris Consonun babası Əli Kamal da yaşayıb.

II Əbdülhəmid zamanı nazir olan Muşiri Zəki Paşa üçün tikilən bu villa dünyanın ən bahalı 10 evindən biridir. Satışa çıxarılan 23 otaqlı villanın 130 yaşı var. Villa 4 mərtəbədən ibarətdir. Hər mərtəbədə 5-i dəniz mənzərəli olmaqla 6 otaq var. Bundan əlavə, villanın 4 min 32 kvadrat metr bağ sahəsi var.

Villaya xüsusi olaraq Körfəz ölkələrinin maraq göstərəcəyi ehtimal edilir.

Boris Consonun babası olan türkiyəli jurnalist Əli Kamal sözügedən villada yaşayıb. Çünki o, Muşiri Zəki Paşanın qızı Səbihə Sultan ilə evli olub. Onlar sözügedən satışa çıxarılmış bu bahalı villada bir müddət yaşayıb. Əli Kamal Səbiha Sultan ilə evlənmədən öncə bir ingilis xanımla evli olub. Həmin evlilikdən onun Səlma adlı qızı, Osman adında oğlu dünyaya gəlib. Əli Kamalın ailə qurduğu ingilis xanımın adı Vinayfr Bran olub.

Qeyd edək ki, ötən il İstanbulda daha bir bahalı villa satışa çıxarılmışdı. 150 milyon dollara satışa çıxarılan villa Şahzadə Bürhanəddinin adını daşıyırdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...
15.11.2019
İtaliyada boşanan kişilər üçün sığınacaq evləri açıla bilər
15.11.2019
ABŞ Misiri hədələdi: "Rusiyadan qırıcı alınarsa…"
15.11.2019
Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü - Video
15.11.2019
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi