Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciətlər artıb

20:19  |    23 İyul 2019  |   E-mail  |  Çapa göndər


Yeni nəsil smart tipli sayğacların əvəz olunmasından sonra yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və s. kimi xidmətlərə müraciətlər nəzərdə tutulandan maksimum səviyyəyə çatıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində çalışan “Azəriqaz” İB-nin əməkdaşlarının gün ərzində operativ və keyfiyyətli xidmət göstərmələrinə baxmayaraq, müraciətlərin sayı xeyli artıb. Birliyin bir qrup mühəndis heyəti bundan sonra həftənin şənbə və bazar günləri də növbəli şəkildə işə çıxacaq. Bakı Regional Qaz Satışı Departamentinin inzibati binalarında, Xəzər, Sabunçu və Abşeron rayonları üzrə xidmət sahələrində abonentlərə kommunal xidmətlərin yüksək səviyyədə çatdırılması məqsədi ilə müştəri xidməti şöbəsinin işçiləri istirahət günlərində ödənişlə təmin olunmaqla işə cəlb ediləcəklər.

Onu da qeyd edək ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin gözləmə zallarında növbədə gözləyən çox sayda vətəndaşa operativ xidmət göstərilməsini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də məqsədəuyğun sayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.11.2019
Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib
30.11.2019
Bu nazirliyin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb
29.11.2019
Yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır
27.11.2019
Pensiya məsələləri ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə nazirlik CAVAB VERDİ
26.11.2019
Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb