Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

“Şirin Mirzəyev şəhid olandan sonra həmin hərbi hissədə qarışıqlıq yarandı” - Sərxan Mehdiyev

14:19  |    23 İyul 2019  |   E-mail  |  Çapa göndər

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edildi.

“1992-ci ilin iyun ayının 12-si idi. Bombardmana görə, dinc əhali kənddən köcürülmüşdü. Həmin vaxt bizim qoşunlar da artıq kəndimizi tərk edirdi. Orda heç kim qalmamışdı. Ermənilər kənd evlərin yandira-yandıra irəliləyirdilər. Elə bil qəflətən yadıma düşdü ki, hərbi qərargahda bayrağımız qalıb. Elə təəssüf hissi keçirdim ki, sanki bütün əşyaları ilə dolu qalan ev mənim deyildi. Heç evim məni bir o qədər yandırmadı. Nəsə eləmək lazım idi.Amma nə? Gün ərzində yaşadığımız məğlubiyyət acısı doğru düşünməyə, düzgün qərar verməyədə qoymurdu. Elə düşünməyə vaxtımın olmadığınıda anladım. Əlimdə bir qumbara ”nə olar, olar”deyib məktəbə-qərargaha tərəf yeridim. Anlayırdım ki, doxsan faiz ölümün üstünə gedirəm. Amma yolumdan dönmək haqqında düşünmürdüm. Bayrağı gətirməliydim! Bir az aralıdan atışma səslərinin yaxınlaşdığı hiss olunurdu. Qərargaha çatdım. Özümü tez bayrağın üstünə atdım. Onu bükələyib qoltuğumda gizlətdim. Birdən gözüm hələ də, işlək vəziyyətdə olan ratsiya aparatına ilişdi. Götürüb aparmaq lazım idi. Tez bıcaqla xətti kəsib ratsiyanı da götürüb qərargahdan çıxdım. Bəlkə də kəndimizin aralıqlarını, yollarını, dərəsini-təpəsini ovcumun i çi kimi tanımasaydım, həmin gün girov düşəcəkdim, ən yaxşı halda yada öləcəkdim. Amma bayrağı gətirdim” .
Susub dərindən bir “ah” çəkir. Gözləri naməlum bir nöqtəyə zillənir. Bəlkə də 26 ildir əli çatmadığı, ünü yetmədiyi kənddədir hələ, bəlkədə anasının oğlunun müharibədən salamat qayıtması üçün nəzir-niyaz asdığı “Əli pəncəsi”ni ziyarət edir? Atasının dodağının altında ”Allahım, balamı səndən istəyirəm ” kəlmələrini dayanmadan pıçıldamasını xatırlayır? Doğma kəndlərində- son dəfə göz dolusu gördüyü yerlərdə olduğu onun hər halından bəllidi. Bunu yurd həsrəti ilə yanıb qovrulanlar anlar, bilər. Düşüncələrdən ayrılanda yenə dərindən bir “ah” çəkdi... Elə bil indi fərqinə vardı ki, onu xəyallardan ayırmaqdan, suallar yağdırmaqdan özümü zorla saxlayıram. Gülümünüb başı ilə suallara hazır olduğunu bildirdi.

-Sərxan müəllim, bilirik ki, II qrup Qarabağ müharibəsi əlilisiniz. Döyüş yolunuzdan söhbət açmamışdan əvvəl oxucularımıza özünüzü təqdim edin.

-Mən, Sərxan Niyaz oğlu Mehdiyev 1965-ci ildə Ağdam rayonu Əlağalı kəndində doğulmuşam. 1971-81-ci illərdə Əlağalı kənd orta məktəbində oxumuşam. 1984-86-cı illərdə Ukrayna Respublikasinin Dnepropetrovsk ( indiki Dnepr) şəhərində SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı bölüyündü həqiqi hərbi xidmətdə olmuşam. 1987- 1990-ci illərdə Sumqayıt Politexnik Texnikumuna təhsil almışam. 1990-91-ci illerdə Sumqayıt " Uzvi Sintez" zavodunda işləmişəm. 1991-ci ilin noyabr ayinda Müstəqil Azərbaycan Ordusunun ilk könüllü Batalyonuna ( Şıxov Batalyonu) yazılmışam. Həmin batalyonun tərkibində Şuşa şəhərinin, Kərkicahan qəsəbəsinin müdafiəsində, Daşaltı əməliyyatında iştirak etmişəm...



Yenə susur. Əslində, Daşaltı şəhidlərini anır, yadına salır...axı o igidlər Sərxanın ilk döyüş yoldaşları olub. -1991-1992-ci illərdə həm Qarabağda, həm də Ermənistanla sərhəd rayonlarda döyüşlər gedirdi. Əslində, elan edilməyən müharibəydi. Vətənsevərlər, torpaqsevərlər qələbə naminə səfərbər oldu, torpağı yerli müdafiə batalyonları qorudu. Bu isə nizami ordu deyildi. Belə bir məqamda 701 saylı briqada Müdafiə Nazirliyinin əmri ilə 9 Oktyabr 1991-ci ildə Şıxov batalyonunun əsasında yaradıldı. Şıxov batalyonunun yaranma xəbərini eşidəndə xidmət etmək üçün batalyona müraciət etdim Mən və digər vətənpərvər oğullar könüllü olaraq ordu sıralarına yazıldıq. Döyüşə gedirdik, deyə, uşaq kimi sevinirdik. Özümüzü xlaskar hesab edirdik. Bridaqa 7 dekabr 1991-ci ildə Şəhidlər Xiyabanında andiçmə mərasimindən dərhal sonra Kərkicahan, Goranboy və digər məntəqələrin müdafiəsinə göndərildi. Azərbaycan ordusunun ən böyük məğlubiyyəti olan Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 23:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik etdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edildi. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bildi. Daşaltı əməliyyatında ordumuz 90 nəfərdən artıq itki verdi, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Yenicə tanış olduğum döyüş dostlarımın bir coxunu əməliyyatdan sonra görə bilmədim. Xeyli hissəsi əsir düşmüş, ya da, yerindəcə güllələnmişdi.Heç onların çoxunun meyidlərini də ala bilmədik. Məhərrəm, Yusif , Nurəli, Cavanşir, Füzuli, Rövşən, Əliyar, Ehtiram.. Beləcə, batalyon dağıdıldı..

-Amma bu məğlubiyyət döyüş əzminizə mane olmadı...

- Camaatımızın elə ağır günündə döyüşməmək olardımı? 1992-ci ilin fevralında könüllü olaraq Ağdama getdim. Mərhum Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik elədiyi 836 saylı hərbi hissəyə yazıldım. Burda Ağdam rayonunun Əlağalı, Cinli kəndlərinin müdafiəsində, Agdərə rayonunun Qazançı, Sırxavənd, Qaraşlar, Bəşirlər, Kiçan ( Ballıqaya) kəndlərinin düşməndən azad olunmasında, Fərrux dagı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Burada ilk döyüşüm 4
mart 1992-ci ilildə Qazançı kəndinin azad olunması ilə başladı. İtkilərimiz olsa da, əməliyyat uğurla başa çatdı. Sonrakı döyüş 1992-ci il, 8 may... Dəfələrlə ölümlə nəfəs-nəfəsə dayanmışıq. Bir dəfə (1992-ci ilin iyun ayının 12-si) Ağdərənin Sirxavənd kəndinin azad olunmasi istiqamətində əməliyyat başlandı. Kəşfiyyat bölüyü Xaçınçayın sol, qalan əsas hücum dəstə isə sağ tərəfilə Sirxavənd istiqamətində hərəkət edirdi. Bizdən az qabaqda hərbi texnikalarimiz irəliləyirdi. Bu zaman yaxinlığımızda “təcili yardim” maşını dayandı. Maşından kimsə “kim daha qabağa getmək istəyir, gəlsin.” deyə səsləndi. Tez maşına əyləşdim. Bu vaxt döyüş yoldaşım Baxşeyiş Hətəmov mənə: “Sərxan, maşından düş, bir yerdə piyada gedək” dedi. Düşdüm. Həmin maşın az qabaqda minaya düşüb, parcalandı, əsgərlərdən biri şəhid,digərinin ayaqları amputasiya oldu... Hamımız bilirdik ki, hər anımız ölümdü, amma geri dönməyi, döyüşdən ayrılmağı ağlımızdan da keçirmirdik. O vaxt Agdərə- Xankəndi yolu nəzarətimizə keçdi. Düşmənin bir necə hərbi texnikası ələ keçirildi. Sabahısı ayin 13-də öz mövqelərimizi ehtiyat qüvvəyə təhvil verib 1 günlük istirahətə, Əlagalıya qayıtdiq. Ayın 15-i yenidən Sirxavəndə gedirdik. Sirxavəndə az qalmış kənddə qizğın döyüşün getdiyin gördük. Erməni-rus hərbi birləşmələri kəndə Çıldiran və Ulubab istiqamətindən hücuma keçmişdilər. Düşmən texnıkalari Xaçınçayda mövqe tutmuşdu. Həmin ərazidə postda olan Gəncə-Beyləqan polisləri movqeyi atıb qaçmışdılar. Bizim olan maşından qabaqda başqa bir maşın Sirxavənd istiqamətində irəliləyirdi. Aramız çox da deyildi. Birdən düşmən texnikası qarşıda hərəkət edən maşınımızi vurdu. Artiq biz də irəliləyə bilmədik və maşında düşmək məcburiyyətində qaldiq. İndi qarşımızda başqa bir tapşırıq var idi. Kənddə olan qüvvələrimizin mühasirəyə düşməsinə imkan verməmək. Qarışıq bir şərait yaranmışdı. Komanda qərərgahi ilə əlaqə tamamilə itmişdi. Bu zaman bizdən təxminən 600-700 metr aralıda bir dəstə peyda oldu. Onlar da bizi gorürdülər. Şərait qarışıq olduğu üçün bir-birimizə atəş açmırdıq. Birdən bunlarin içindən 3 nəfər yola çıxıb bizə tərəfə gəlməyə başladı. Bizdən də 5 nəfər onların istiqamətində irəlilədik. 3 nəfər qabaqda, qonşum Nuraləm (sonradan şəhid oldu) və mən arxa tərəfdə (aramız 2 metr) irəlləyirdik. Bizə tərəf gələnlərin kimliyini dəqiq bilmirdim deyə, avtomatı hazır vəziyyətə gətirib, əlim tətikdə saxladım. Qarşı tərəfdən gələnlər bizə 30-40 metrə qədər yaxinlaşdı. Birdən onların biri “ara hayes” ( ermənisiz) deyə sual verdi. Bu an bizim qarşımızda olan 3 nəfərimiz cavab vermədən özlərin yolun kənarına atdilar. Yanımda olan Nurələm də ozün kənara atdı. Qarşı tərəfin çaşqınlığından istifadə edib “mən vurmasam, məni vuracaqlar” deyib avtomatımda olan patronları bunlar tərəfə atıb, sonra özümü yolun kənarına atdim. Bu hadisə anı bir məqamda baş verdi. Nəisəki, çox çətinliklə 5 nəfər ərazidən salamat çıxa bildik. Şirin Mirzəyev şəhid olandan sonra həmin hərbi hissədə qarışıqlıq yarandı. Bu səbəbdən həmin ərazidə xidmət keçən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına keçmək məcbiriyyətində qaldım və taqim komandiri kimi Dağlıq Qarabağın tərkibində Agdərənin Canyataq, Gülyataq kəndlərinin düşməndən azad olunmasında iştirak etmişəm.


-Yaralanmağınız necə baş verdi?

-1992-ci ilin 11 oktyabrı idi. Daxili Qoşun birləşməsində tagım komandiri olaraq Ermənilərin “Qarabağın açarı” adlandırdığı yüksəklik uğrunda əməliyyata hazırlaşırdıq. Həmn əraziləri yaxşı tanıdığım üçün əməliyyatdan 1 gün əvvəl kəşfiyyata getmək qərarına gəldim. Özümlə 5 nəfər götürüb ermənilərin yüksəklikdə yerləşən postuna yaxınlaşdım. Qabaqda mən, 8-10 metr arxada 4 nəfər irəliləyirdik. Məqsəd düşmən postunun yaxınlığındakı minalanmış ərazini müəyyən etmək idi. Bir xeyli posta tərəf irəlilədik. O qədər yaxınlaşmışdıq ki, ermənilərin səsini də aydın eşidirdik. Qəribəydi,elə bil birdən sanki kimsə məni tutub saxladı. Elə zənn etdim ki, bizi gördülər. Aşağı əyildim. Bir az da diqqətlə baxdım. Deməli, növbəti addımım minanın siminə dəyəcəkmiş. Əl işarəmlə arxadakıları yanıma çağırıb minanın simini göstərdim. Ermənilər sanki mina simindən “reşotka” düzəltmişdilər. Seyrək bir yer tapıb ayağımı mina siminin o tərəfinə qoydum. Sərt enış yer olduğu üçün əlimlə dizimdən möhkəm sıxıb o biri ayağımı mina simindən içəri keçırdim. Əsgərlərimə “ayagımı hara qoymuşam, ora qoyub keçin” dedim. Hamımız minalanmış sahədən içəri keçdik. Minaların harda yerləşdiyin tam müəyyən edib keçdiyimiz qaydada da geri döndük. Həmin vaxt hamımızın şəhid olması üçün agacdan qirilmış quru bir budağın mina siminin ustünə düşməsi kifayət idi. Geri qayıdıb vəziyyəti komandirə məruzə elədim və həmin əraziyə mina təmizləyənlərin göndərilməsini xahiş elədim. Onlar isə “sapyorlar da minaya düşüb, əlavə qrup da yoxdur” deyə bildirdilər. Başqaq çarə yox idi. Şəraitə uyğun hərəkət etmək lazim idi. Sabahı gün özümlə bərabər 15 nəfər seçdim. Əlavə olaraq, uzun ip götürmüşdüm. Əsgərlərə vəziyyəti başa saldim. Erməniləri tam arxayin etmək üçün 15 nəfər mina siminin üstundən keçməli və düşmən postun ələ keçirməli, uzun ip vasitəsi ilə minalari partlatmalı və bununla da arxa tərəfi təmizləməli idi. Birinci mina siminə özüm yaxınlaşdım. Əsgərlərin qorxmaması üçün simin ustündən bir dəfə keçib qayitdim. Mina siminin yanında dayanib bir-bir keçmələrinə köməklik eləyirdim. Bu zaman birinin ayagı mina siminə dəydi və ilk mina partlayışından yaralandım. Aldığım 4 qəlpə yarasından biri döş qəfəsimi dəlib keçıb, ağ ciyərimi zədələdi. Yanımda İmişlidən manqa komandiri Fikrət adlı bir çavuş var idi. Həmişə mənə “komandir, güllə harama dəyir-dəysin, bircə başıma dəyməsin” deyirdi. Mən yaralananda başımı qaldirdım ki, Fikrət necə yıxıldısa,elə də tərpənməz qaldı. Sankı güllədən yağış yağırdı. Avtomatımın remenindən tutub sürünü-sürünə Fikrətə yaxınlaşdım. Qolumu boynuna keçirib başın qaldırdım ki, mina qəlpəsi düz alnindan dəyib ( Allah rəhmət eləsin). Təşvişə düşüb aşağı enən əsgərləri cagırıb: “şəhidləri burda qoymayın” dedim. Hamısı sağ olsun, şəhid və yaralıları doyüş meydanından çıxartdılar...

-Sonrakı taleyiniz necə oldu?

-Hospitalda gözümü acanda, dedilər ki, qəlpə ağ ciyərimdən keçib. Azacıq sağalan kimi Ağdama qayıtdım. Artıq məni ordudan tərxis eləmişdilər. Nə qədər israr etsəm də, yenidən ordu sıralarına qəbul olunmadım. Cünki əlil idim.

-Ailənizdən danışmadınız...

-Ailəliyəm. 2 oğlum var. Oğlumun biri hazırda Azərbaycan ordusunda hərbi xidmətdədir. O biri oğlum isə idmançıdır. Gələn il oda çağırışçı olacaq.

-Ən böyük arzunuz? - desəm...

-Kəndimizi tez-tez yuxuda görürəm, həmişə də görürəm ki , tay-tuşlarımla yamaclarda qoyun-quzu otarıram. “Dirədoymə”, “aşıq-aşıq” oynayıram, arabir cığallıq edirəm...Həmin uşaqların bir coxu şəhid, qalanı isə əlil olub. Ən böyük arzum sağ qalmış tay-tuşlarımla bizim dağları gəzmək, şəhidlərimzin qanı sızmış torpaqlara gül-çiçək düzməkdi. Sonra qalib xalqın, qalib nümayəndəsi kimi fəxrlə qələbələrimizdən indiki körpələrə danışmaqdı... kaşki o arzuma çatım...

Söhbətləşdi: Əntiqə Rəsid
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Qarabağla bağlı bu səhvi edirsiniz - Rus ekspert
19.08.2019
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
18.08.2019
Cəbhədə düşmən təxribatı davam edir
17.08.2019
Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir?
17.08.2019
Atəşkəs snayper tüfənglərindən də istifadə edilməklə 21 dəfə pozulub