Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Küləkli hava şəraiti davam edəcək

15:41  |    23 İyul 2019  |   E-mail  |  Çapa göndər


İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz:

İyulun 24-25-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
20.08.2019
Bu ərazilərdə qaz olmayacaq
20.08.2019
Mir Şahinin Gəncə işi ilə bağlı şok dəlilləri - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb