Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6670

Digər sorğular

Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"

11:32  |    22 İyul 2019  |   E-mail  |  Çapa göndər


"Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim".

Bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.

O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyini bildirib:

"Mədəmdəki yaralara görə əməliyyat olundum. Artıq bir neçə gündür əməliyyat masasından palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss etmirəm. Vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə çoxlu problemlərin olduğu üzə çıxdı. Qanım zəhərlənmişdi. Yeməyə, içməyə isə həvəsim yoxdur, bu da keçirdiyim ağır əməliyyatla bağlı ola bilər. Hazırda həkimlər səhhətimlə əlaqədar konkret olaraq heç nə demirlər".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Onunla nəfəs alıram, bir gün görməyəndə darıxıram” - 76 yaşlı Xalq artisti
21.01.2020
Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL
18.01.2020
Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi