Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Qənirə Paşayeva Taylandın tanınmış təşkilat rəhbərləri ilə görüşüb - FOTOLAR

16:27  |    21 İyul 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili Q. Paşayeva Taylandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışıb.

Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, Taylandın tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Taylandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Tayland ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Millət vəkili Q.Paşayeva Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyəti, tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib.

Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyətinə, Taylandın tanınmış təşkilat rəhbərləri və fəal qadınlarına məlumatlar verib, fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır.

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib. Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, tanınmış təşkilat rəhbərləri, fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Taylandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.07.2019
Prezident İlham Əliyev Murad Köhnəqalaya mənzil hədiyyə edib
15.07.2019
Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb
04.07.2019
Erməni girovluğundan azad edilən Elvin İbrahimov xəstəxanadan evə buraxılıb
30.06.2019
Qazaxıstanın neft mədənində dava zamanı otuz işçi xəsarət alıb - VİDEO
13.06.2019
Xəzərdə zəlzələ olub