Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6655

Digər sorğular

Bərdə bazarında 12 mağaza yanıb - VİDEO

15:15  |    21 İyul 2019  |   E-mail  |  Çapa göndər


Gecə saat 03:00 radələrində Bərdə rayonunda "Köhnə bazar" adlanan ərazidə güclü yanğın olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, nəticədə qalayçı dükanı, mebel və məişət avadanlıqları satılan 12 mağaza yanıb.

Sahibkarlar hadisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Dəymiş ziyanın hələ dəqiq məlum olmadığını deyən sahibkarlar, 400 min manata yaxın məhsulun yandığını bildiriblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər obyektlərə və yaxınlıqda yerləşən məktəb binasına keçməsinin qarşısı alınıb. Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2020
Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR
18.01.2020
İtaliyada azərbaycanlı tələbə itkin düşüb
17.01.2020
Bakıda maşından polislərə atəş açıldı
17.01.2020
Diplomatımız erməni mahnısı oxuyan azərbaycanlı müğənniyə şillə vurdu - Gürcüstanda
17.01.2020
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var