Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

21:43  |    19 İyul 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant (məsafədən) iş və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində işlər aparır.

İlk növbədə Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına “Distant (məsafədən) iş – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və “Teleiş – əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Yeni anlayışların daxil edilməsi ilə əlaqədar Məcəllənin 4-cü maddəsinin 2-ci hissəsinin və 55-ci maddəsinin də təkmilləşdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu sahədə işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır. Belə ki, həmin Tədbirlər planında teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də yer alıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı
02.07.2020
Azərbaycanda daha 572 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib