Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6597

Digər sorğular

Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib - YENİLƏNİB

22:24  |    19 İyul 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib.

APA-nın xəbərinə görə, nazir Abdullah bin Abdulaziz bin Turki Al-Subaie Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanda müvafiq qurumların rəhbərləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaienin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı ekologiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

saat 15:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
07.12.2019
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
06.12.2019
Qərbi azərbaycanlıların deportasiyasının 31 ili
06.12.2019
Zakir Həsənov səfirlə Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsini müzakirə edib
05.12.2019
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb