Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb - Qarabağ qazisinin oğludur

21:14  |    19 İyul 2019  |   E-mail  |  Çapa göndər


Pirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6-sı ətrafdakıların köməyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.

Suda batan 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur. Evin tək oğlu olan S.Abbasov bu il orta məktəbi bitirib.



*** 09:54

Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb.

Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

*** 00:58

Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir. Onlardan biri evin tək oğludur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.10.2019
"28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib
18.10.2019
Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılmış uşağın vəziyyəti ağırdır
15.10.2019
FHN əməkdaşları intiharın qarşısını alıb
12.10.2019
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub - VİDEO
10.10.2019
“Balaxanı zibilliyi”ndə üzərinə qapı düşən qadın ölüb