Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Türkiyə-Rusiya yaxınlaşması Qarabağ üçün şans yaradır

17:40  |    19 İyul 2019  |   E-mail  |  Çapa göndər


ABŞ-ın basqıları ilə üz-üzə qalan Moskva və Ankaranın əməkdaşlığı Azərbaycanın torpaqlarını azad etməsini tezləşdirə bilər; Tofiq Zülfüqarov: “Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın ədalətli mövqeyinin müdafiəsinə daha müsbət şərait yaradır”

Ağ Evi F-35 ilə bağlı rəsmi qərar verib. Qərara əsasən, Türkiyənin F-35 proqramına daxil edilməsi imkansız adlandırılıb. Buna səbəb kimi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması göstərilib.

Pentaqon məsələyə münasibət bildirərək, bu qərarın sürpriz olmadığını, S-400-lərin alınması halında bu halın yaşanacağı barədə əvvəlcədən məlumat verildiyini bildirib. “F-35 təkminləşdirilimiş qırıcı vasitədir. Onun Rusiya istehsalı zenit-raket kompleksləri ilə birlikdə istifadəsi yolverilməzdir. ABŞ Türkiyə ilə havadan müdafiə sistemlərini təkminləşdirmək üçün ortaq layihələr üzərində işləyirdi. S-400-lərin alınmaması üçün bir sıra təkliflər də edilmişdi. Türkiyə 65 ildən çoxdur NATO-nun sadiq üzvüdür. Ancaq Rusiya istehsalı S-400 zenit-raket komplekslərinin alınması Rusiya hərbi sənayesindən uzaqlaşmaq barədə NATO ortaqlarının bir-birinə verdiyi sözə zərər verdi. Bu qərar Türkiyənin NATO daxili münasibətlərinə mənfi təsir edəcək. Ancaq ABŞ hələ də Türkiyə ilə strateji tərəfdaşlığa önəm verir”. (Yenicag.az)

Pentaqon isə rəsmi olaraq Türkiyənin F-35-lərin satınalma proqramına qatılımını ləğv etməyə başladığını açıqlayıb: “Sonun belə olmaması üçün çox çalışdıq. Bu cür sonluq üçün üzgünük. Amma Türkiyənin F-35 proqramından çıxarılması sürpriz olmamalıdır. Türkiyə bu qərarı ilə iqtisadi iş imkanlarını və biznes fürsətlərini də itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollarlıq itki yaşanacaq”.

Türkiyə isə bütün bunlara baxmayaraq, geri addım atmayacağını bəyan edib və Rusiya ilə əməkdaşlıqdan məmnun görünür. Belə olan təqdirdə ortaya Azərbaycanın maraqlarına uyğun yeni mövzu çıxır: Ankara-Moskva əlaqələrinin daha da inkişafı işğal altında torpaqlarımızın azadlığı üçün şans yarada bilərmi? Türkiyə daim bəyan edib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün əlindən gələni etməyə hazırdır. Eyni zamanda qardaş ölkə məhz işğal səbəbindən Ermənistanla sərhədləri bağlayıb və artıq 26 ildir ki, sərhəd qapıları bağlıdır. Rusiya prezidenti V.Putinlə görüşlərdə də Türkiyə prezidenti R.T.Ərdoğan bir neçə dəfə Qarabağ məsələsini qaldırıb. İndiki münasibətlər sistemi isə məsələnin həllində daha yaxından iştirak etmək imkanı yaradır deyə, ümidlər var.

Yeri gəlmişkən, qardaş ölkə Rusiyadan aldığı raketlərin istismarında Azərbaycan hərbçilərindən istifadəyə önəm verir ki, bu da üçtərəfli əməkdaşlığa yeni impuls verir. “Türkiyə Silahlı Qüvvələri Rusiyadan yeni aldığı S-400 “Triumf” zenit-raket kompleksinin istifadə olunmasında Azərbaycan Ordusunun hərbçilərindən istifadə edə bilər”. “AzeriDefence”nin məlumatına görə, bu fikirləri “Demokrat.az”a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib. Türkiyəli general deyib ki, Türkiyənin aldığı S-400 silahları qonşu və qardaş ölkə kimi Azərbaycanın da hava məkanının qorunmasına nəzarət edəcək: “Qardaş Azərbaycanın hava məkanının təhdid olunması Türkiyənin təhdid olunması deməkdir. Eyni zamanda, bu, Azərbaycan və Türkiyə Silahlı Qüvvələru arasında mövcud qarşılıqlı hərbi əməkdaşlığın ruhunə ziddir. Ona görə də, bu məsələdə Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Hesab edirəm ki, Türkiyə ərazisində yerləşdirilən S-400 kompleksi həm də Azərbaycanın hava məkanının qorunmasına töhfə verəcək. Yəqin ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək. Məsələn, Türkiyə əvvəlcədən Azərbaycanın hava məkanına qarşı hər hansı təhdid hiss edərsə, bu barədə dərhal qardaş ölkəyə məlumat verilə bilər. Eyni zamanda, bu sistemləri Azərbaycanla sərhədə yaxın ərazilərə də yerləşdirmək ola bilər. İstənilən halda, biz düşünürük ki, Azərbaycanın hərbi gücünün olması Türkiyənin hərbi gücünün olması deməkdir. Çünki Azərbaycan və Türkiyə bir millət, iki qardaş dövlətlərdir”.

Azərbaycan Silahlı Qüvvələrinin arsenalında S-300 zenit raket kompleksinin olduğunu xatırladan Kürşat Atılgan qeyd edib ki, azərbaycanlı hərbçiləri bu silahdan daha əvvəllər istifadə etdiyi üçün onların bu sahədə böyük təcrübəsi var:

“Türkiyə Silahlı Qüvvələri Rusiyadan aldığı S-400 silahlarından istifadənin öyrənilməsində azərbaycanlı hərbçilərin bilik və təcrübələrindən də yararlana bilər. Çünki qardaş Azərbaycan Ordusunun hərbçilərinə bu silah yad deyil. Onlar daha öncədən bu silahdan istifadəni öyrəniblər. Hesab edirəm ki, Türkiyə ordusu S-400 silahın istifadə edəcək hərbi personala azərbaycanlı hərbçiləri də cəlb edə bilər. Yəqin ki, bu istiqamətdə iki ölkə arasında müəyyən danışıqlar aparıla bilər”.

Bu durum Bakı-Ankara-Moskva arasındakı üçtərəfli formatın da ruhuna uyğundur. Yeri gəlmişkən, Türkiyə və Rusiya arasında qırıcı təyyarə qalmaqalı olanda Bakı xoşməramlı mövqedən çıxış edərək iki böyük qonşusunun anlaşması üçün əlindən gələni etmişdi. Bu mənada Qarabağın işğaldan azad olunması üçün iki paytaxtın ortaq mövqe sərgiləməsi məntiqli olardı.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a dedi ki, iki ölkənin əlaqələri Azərbaycana fürsət yaradır: “Əsrlər boyu düşmənçilik edən iki imperiyanın əlaqələri yeni mərhələyə daxil olub. Rusiya ilə Türkiyə arasında bəzən beynəlxalq baxımdan elə dəyişikliklər olur ki, doğrudan da onların bu əlaqələrinin inkişafı çox sürətlə baş verir. Bu, yaxşı bir haldır”.

T.Zülfüqarovun fikrincə, ümumiyyətlə, Ermənistanın yaranması və hazırda Azərbaycana qarşı hansısa ərazi iddiaları ilə çıxış etməsi, ərazilərimizi işğalda saxlaması bir növ imperiya siyasətinin inersiyasıdır: “Rusiya və Türkiyə arasında münasibətlər düzələndən sonra hesab edirəm ki, Ermənistanın geopolitik rolu öz aktuallığını və əhəmiyyətini itirəcək. Bu baxımdan əlaqələrin yaxşılaşması fonunda Qarabağ məsələsində hansısa irəliləyişlər baş verə bilər, mən bunu istisna etmirəm”. Eks-nazir xatırlatdı ki, R.T.Ərdoğan bir neçə dəfə Qarabağ mövzusunu Putinlə müzakirə edib: “Bu məsələnin müzakirəsinin təkrarlanması və hansısa qərarlara gəlinməsi heç də gözlənilməz, yaxud mümkünsüz məsələ deyil”. T.Zülfüqarov Rusiya XİN rəhbəri S.Lavrovun Ermənistanı ölkəsinin “açar müttəfiqi” adlandırması, yaxud nazirlik sözçüsü M.Zaxarovanın İrəvanda Ermənistanın ünvanına yüksək fikirlər səsləndirməsini təəccüblü saymadı: “Bu, heç kəsə sirr deyil ki, Lavrov tərəfindən ermənilərə qarşı daha isti münasibət həmişə sərgilənib. Onun rəhbərlik etdiyi qurumda işləyən insanların baxışları Lavrovun baxışlarından fərqlənmir. Onlar öz mövqeyini, karyera inkişafını təmin etmək üçün həmin baxışlarını təbliğ edirlər. Mənim bildiyimə görə, Mariya Zaxarova öz uşaqlığını Çində keçirib və Ermənistanla heç bir bağlılığı yoxdur. Amma karyera baxımından öz şefinin baxışlarını təbliğ etməklə məşğuldur. Bu baxımdan məsələ təəccüb doğurmur. Rusiyanın siyasi elitasında və KİV-də ermənilər çoxdur. Onlar Rusiya vətəndaşı olmaqla yanaşı, erməni maraqlarını yaddan çıxartmayıblar. Bizdə bir atalar sözü var ki, o, keşiklikdən çıxa bilər, amma ermənilikdən çıxan deyil. Bu mənada onlar həmişə Ermənistanın maraqlarını müdafiə etməyə hazırdırlar”. Bütün bunlarla yanaşı, sabiq nazir nikbin olduğunu vurğuladı: “Ümid edirəm ki, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın ədalətli mövqeyinin müdafiəsinə daha müsbət şərait yaradır”.

Politoloq Qafar Çaxmaqlı isə müsavat.com-a bildirdi ki, çox da nikbin deyil. Ekspert Türkiyə-Rusiya yaxınlaşmasından bəhs edərkən dedi ki, “dostluğun” əbədi olacağına inanmır: “Çünki Rusiya güvənilən ölkə deyil. Əlbəttə, Ərdoğanın Putinə indi təsir etmək imkanları genişdir. Dağlıq Qarabağ məsələsində bu yaxınlaşma öz rolunu oynaya bilər. Amma erməni tərəfinin Azərbaycanla bağlı siyasətinin Rusiya tərəfindən dəstəklənəcəyini də istisna etmirəm. Rusiya Ermənistan kimi bir forpostu əldən buraxmaq istəməyəcək. Hər halda, hesab etsək ki, Qarabağın “açarı” Rusiyanın əlindədir, Türkiyənin bu ölkə ilə əməkdaşlığının bizə xeyri dəyə bilər. Amma Rusiya konkret nələrdə sözümüzü deyəcək, onu demək çətindir. Dediyim kimi, Rusiyanın öz strateji maraqları var və Ermənistan bu maraqlar içində vazkeçilməzlərdən biridir”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur
22.08.2019
Cəbhədə düşmən təxribatı davam edir
21.08.2019
Atəşkəs iriçaplı pulemyotlarla pozulub
21.08.2019
İşğalçını sülhə vadar etməyin sonuncu yolu
20.08.2019
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib