Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6950

Digər sorğular

Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək

17:39  |    19 İyul 2019  |   E-mail  |  Çapa göndər


Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir.

Qaziler.az bildirir ki, “Qodzilla” qrupun və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”də seminar keçəcək.

Dünya şöhrətli UFC və MMA döyüşçüsü seminarda ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.

Seminar iyulun 20-də saat 17:00-da “Judo Club 2012”nin idman zalında təşkil olunacaq.

Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.

Məlumat üçün qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Azərbaycanlı olimpiya çempionu özünü belə formada saxlayır - VİDEO
06.07.2020
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06.07.2020
Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi - FOTOLAR
02.07.2020
AFFA yeni hakimləri təsdiqlədi
30.06.2020
Olimpiya mükafatçısı yeni vəzifəyə təyin edilib