Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Səfirlik: İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir

23:31  |    18 İyul 2019  |   E-mail  |  Çapa göndər


İranın Azərbaycandakı səfirliyi rəsmi Tehranın işğalçı Ermənistanla hərbi əməkdaşlığa başlaması ilə bağlı yayılan məlumatları təkzib edib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, İranın Ermənistanla birgə hərbi əməkdaşlığa başlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“İki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasını təkid edərək bildiririk ki, son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır və səfirlik bu kimi xəbərləri təkzib edir.

İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir”, - diplomatik nümayəndəlikdən bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Müdafiə naziri Türkiyə HDQ-nin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20.08.2019
Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü
20.08.2019
Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”