Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

Cavad Zərif: "İran müharibəni başlayan tərəf olmayacaq, lakin öz torpaqlarını qoruyacaq"

22:36  |    18 İyul 2019  |   E-mail  |  Çapa göndər


“İran heç bir zaman müharibəni başlayan tərəf olmayacaq, lakin öz torpaqlarını istənilən təcavüzkardan qoruyacaq".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cavad Zərif belə bir sərt bəyanatı ABŞ-ın CNN kanalında səsləndirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İranın mülki əhalisinə qarşı iqtisadi müharibə aparmaqdadır. “Belə müharibə isə heç bir tərəf üçün qürur mənbəyi sayıla bilməz. Çünki əsl savaşda mülki şəxslər təsadüfən ölürlər. İqtisadi müharibənin hədəfi isə birbaşa dinc insanlardır ”,-deyə o qeyd edib.

Jurnalist Fərid Zəkəriyyanın suallarına cavab verən Cavad Zərif ABŞ-la yaranacaq münaqişənin dərinləşməsi məsələsinə də toxunub.

“Siz fəlakətin varlığını nəzərə almaya bilməzsiniz. Lakin biz heç bir savaşı başlatmadıq və ilk atəş açan da olmayacağıq”,-deyə o bildirib.

İran diplomatiyasının rəhbəri bütün tərəflərin ssenarinin arzuedilməz istiqamətə yönəlməsinin qarşısını almaq üçün çalışması gərəkdiyini dilə gətirib.

Onun bildirdiyinə görə, İran öz ərazisini hər vəchlə müdafiə edəcək.

“Amerikan PUA-sı (pilotsuz aparat) dövlətin hava məkanını pozduğu üçün vurulub. O, hətta hava məkanına daxil olmadan yerə salınıb. Çünki təkcə hüdudlarımızı deyil, həm də milli təhlükəsizliyimizi təhdid edirdi. Milli suverenlik və sabitliyimizin xarici dövlətlər tərəfindən pozulmasına yol verməyəcəyik”,-deyə Məhəmməd Cavad Zərif rəsmi Vaşinqtona meydan oxuyub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Liderlər Trampın qeybətini edərkən görüntüləndilər - VİDEO
05.12.2019
İlyas İsmayılovun oğlunun qatilinə ömürlük həbs cəzası istənildi
04.12.2019
NATO “beyin ölümü” yaşamır - Stoltenberq
03.12.2019
Çevriliş gecəsi “Atəş” əmri verən mayora rekord həbs cəzası: 3343 il
03.12.2019
Putini ölümdən qurtaran pilotlar Kremlin albalı piroqunu qazandılar