Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondundan “Keşikçi dağ” insidenti ilə bağlı birgə bəyanat

19:19  |    18 İyul 2019  |   E-mail  |  Çapa göndər


“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu son günlər “Keşikçi dağ” ətrafında baş vermiş olaylarla bağlı birgə bəyanat yayıb.

Musavat.com-un məlumatına görə, həmin bəyanatda deyilir:

"Regionda yeni münaqişə ocağı yaratmaq istəyənlərin fəaliyyəti nəticəsində “Keşikçi qala” sərhəd məntəqəsində Azərbaycan sərhədçilərinə qarşı təxribat törədilib. Məqsəd Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, Azərbaycan və Gürcüstan dövlətlərini qarşı-qarşıya qoymaqdır. Təxribatçılar iki dost ölkə arasında ehtirasları qızışdırmaq və qarşıdurma yaratmaq məqsədi daşıyırlar. Ancaq inanırıq ki, bu cür təxribatçılar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki iki ölkə arasında olan əməkdaşlıq başqa ölkələr arasında olduğu kimi sadəcə xoş olan arzulara və yaxşı niyyətlərə yox, tarixi köklərə əsaslanır.

Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq. Bu gün ölkələrimiz arasında çox uğurlu əməkdaşlıq formatı yaradılıb. Hər iki ölkə bütün taleyüklü məsələlərdə bir-birinin yanında olub, bir-birinə öz dəstəyini göstərib və bundan sonra da belə olacaq. İnanırıq ki, gələcəkdə də böyük güclərin regionda olan geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri iflasa uğrayacaq. Bu cür insidentlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmaq iqtidarında deyil. Biz - Azərbaycan və gürcü xalqları ölkələrimizə və qardaşlığımıza qarşı düzənlənən provakasiyalara uymamalı, hər zaman olduğu kimi birlik və bərabərliyimizi nümayiş etdirməli, iki ölkə arasında tarixi dostluq və qardaşlıq bağlarımızı qorumalıyıq. “20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu sərhəd məntəqəsində baş verən insident zamanı xidməti vəzifəsini yerinə yetirən əsgərə qarşı edilən hərəkəti şiddətlə qınayır, xalqlarımız arasında olan dostluğun daha da möhkəmləndirilməsi yolunda ölkələrimizə uğurlar diləyirik."

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Müdafiə naziri Türkiyə HDQ-nin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20.08.2019
Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü
20.08.2019
Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”