Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6664

Digər sorğular

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

16:47  |    18 İyul 2019  |   E-mail  |  Çapa göndər


ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna zidd olan birtərəfli və qanunsuz addımdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, bizim ölkəmiz S-400 komplekslərinin alınmasına görə F-35 proqramından çıxarılacaq. Bu birtərəfli addım müttəfiqlik ruhuna zidddir və qanuni əsaslara söykənmir. F-35 proqramının əsas tərəfdaşlarından biri olan Türkiyənin proqramdan çıxarılması ədalətsizdir. S-400 komplekslərinin F-35 qırıcılarına təhdid doğurması barədə iddialar əsassızdır. Türkiyənin bu məsələ üzrə NATO ilə birgə işçi qrupunun yaradılması barədə cavabsız qalan təklifi ABŞ-ın bu problemi vicdanla həll etmək istəməməsinin göstəricisidir".

Qeyd edilir ki, ABŞ Türkiyə ilə əlaqələrin vacibliyini yalnız sözdə deyil, həm də hərəkətlərlə göstərməlidir: "Biz ABŞ-ı strateji əməkdaşlığımıza düzəlməz ziyan vuracaq bu səhvdən imtina etməyə çağırırq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.01.2020
Türkiyədə zəlzələdə ölənlərin sayı 29 nəfərə çatıb, 1466 yaralı var - VİDEO
25.01.2020
Türkiyədə eyni ərazidə yenə zəlzələ olub
25.01.2020
Əgər Lavrov vəzifəsində qaldısa...
25.01.2020
Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb
25.01.2020
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı