Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı

10:43  |    17 İyul 2019  |   E-mail  |  Çapa göndər


“Əgər prezident Donald Tramp həqiqətən İranın ballistik raketləri üzrə danışıqlara başlamasını istəyirsə, onun administrasiyası Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqdəki digər müttəfiqlərinə on milyardlarla dollarlıq silah satışını dayandırmalıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin ABŞ-ın NBC kanalına verdiyi müsahibədə səsləndirilib.

“Əgər siz ballistik raketləri müzakirə etmək istəyirsinizsə, o zaman bizim bölgəyə satılan silahların sayından da danışın”,- deyə İran diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, keçən il 82 milyonluq əhaliyə malik İran öz Silahlı qüvvələrinə 16 milyard dollar pul ayırıb. Cəmi 1 milyon əhalisi olan BƏƏ-nin hərb büdcəsi 22 milyard dollar təşkil edib. İran əhalisinin yarısı qədər insanın yaşadığı Səudiyyə Ərəbistanı isə silah alınmasına 67 milyard dollar xərcləyib. Onların əksəriyyəti ABŞ silahlarıdır.

“Buna görə də Ağ Ev əgər bizim raketləri gündəmə gətirmək istəyirsə, raket daxil olmaqla bölgəyə silah satışını kəsməlidir”,- deyə Zərif bir daha sözlərini təkrarlayıb.

İran XİN-i ölkəsinin ABŞ-la müzakirələrə açıq olduğunu, lakin bunun üçün rəsmi Tehran üzərindəki sanksiyaların götürülməli olduğunu deyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Suriyada xəlifənin məzarını dağıtdılar - FOTO
27.05.2020
ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasını tezləşdirir
27.05.2020
MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq
27.05.2020
COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb
27.05.2020
Nyu-Yorkda koronavirusdan ölənlərin sayında ilk dəyişiklik