Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım

17:07  |    16 İyul 2019  |   E-mail  |  Çapa göndər


İyulun 15-də Gürcüstan öz ərazisində "Keşikçidağ" mağara-məbəd-kompleksinə girişi məhdudlaşdırıb.

Demokrat.az xəbər verir ki, turist qruplarını monastr kompleksinə aparan bələdçilər "David Qareci"nin bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər, "Kafkazskiy uzel" yazır. Bələdçi İrakli Marukaşvilinin sözlərinə görə, bu gün turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər.

"Bu gün biz qalxdıq Lavraya baxdıq. Yamaca keçmək istədik, indiyədək belə olmuşdu. Təəssüf ki, indi mümkün deyil. İlk metal hasarlanmanın başladığı yerə qədər qalxmaq mümkündür. Orada gürcü hərbçilər dayanırlar. Onlar dedilər ki, bizi böyük məsafəyə buraxa bilməzlər, çünki belə əmr verilib", - "İnterpressnyus" Marukaşvilinin sözlərindən sitat gətirib.

Onun məlumatına görə, azərbaycanlı sərhədçilərin məbəddən çıxardıqları ikonalar gürcü sərhədçilərə verilib.

Turan-ın məlumatına görə, bələdçilər Gürcüstan DİN-ə müraciət edərək David Qareci ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər. Bugünkü toplantıda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər, bələdçi Rusudan Caparidze bildirib.

"Biz ölkədə sabitliyin pozulmasında maraqlı deyilik, problem diplomatik yolla həll olunmalıdır", "Pervıy kanal" onun sözlərindən sitat gətirib.

Xatırladaq ki, iyulun 14-də Gürcüstan tərəfdən bir qrup aqressiv adam azərbaycanlı sərhədçilərə hücum edərək onları təhqir edib.

İyulun 15-də Gürcüstanın səfiri Azərbaycan XİN-ə çağırılıb və ondan açıqlama tələb edilib.

Rəsmi Bakı Gürcüstan tərəfindən insidentin araşdırılmasını və pozucuların məsuliyyətə cəlb olunmasını tələb edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Müdafiə naziri Türkiyə HDQ-nin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20.08.2019
Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü
20.08.2019
Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”