Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6597

Digər sorğular

Rusiyanın mobil operatoru "Megafon" Azərbaycan xalqından üzr istəyib

21:24  |    15 İyul 2019  |   E-mail  |  Çapa göndər


Rusiyanın ən böyük mobil operatoru "Megafon" Azərbaycan xalqından üzr istəyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Megafon" şirkətinin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçukun sosial şəbəkələrdə yayılan video müraciətində bildirilib.

O, qurumun saytında separatçı qondarma "Dağlıq Qarabağ Respublikası"nın səhvən müstəqil dövlət kimi göstərdiklərinə görə Azərbaycan xalqından üzr istədiyini söyləyib. Mixalçuk şirkət tərəfindən buraxılan səhvin artıq aradan qaldırıldığını deyib.

Qeyd edək ki, “Megafon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma “Dağlıq Qarabağ”ı müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar "VKontakte" və digər sosial şəbəkələr vasitəsi ilə “Megafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar. Bütün bunlardan sonra "Megafon" öz saytında separatçı sondarma “Dağlıq Qarabağ Respublikası”nda kommunikasiya xidmətləri göstərməsi barədə məlumatı silib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2019
Nəticəsiz danışıqlar - ümidlər indi də 2020-yə qalır
09.12.2019
Atəşkəs yenə pozulub
07.12.2019
Qarabağ danışıqlarında İrəvan çətin durumdadır - Nakalyan
07.12.2019
Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyalı ekspertdən XƏBƏRDARLIQ
07.12.2019
Düşmən atəşkəsi yenə pozub