Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

Şəki Xan Sarayına giriş bir müddət bağlı olacaq

15:27  |    15 İyul 2019  |   E-mail  |  Çapa göndər


Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq araşdırma və bərpa işlərdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək və sarayın ərazisi turistlərin üzünə açıq olacaq.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 6 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrılıb
05.12.2019
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
05.12.2019
Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb
05.12.2019
Vilayət Eyvazov polkovniki əvvəlki vəzifəsinə qaytardı
05.12.2019
Bakıda maşın iki piyadanı vurub, ölən var - YENİLƏNİB