Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

ATV-nin rəhbərinin 14 min dolları oğurlandı

09:26  |    14 İyul 2019  |   E-mail  |  Çapa göndər


“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.

Axşam.az xəbər verir ki, bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bildirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.

“Bilet də təxminən 550 dollar olub. 100 dollara qədər də bankda xidmət haqqı tutulub. Kartda 14 min 400 dollar pul qalmalıydı. Kartın istifadə müddətinin başa çatmasına az qalmış Azər Xəlilov gedib ki, vaxtı uzatsın. Məlum olub ki, hesabında cəmi 350 dollar pul var. Halbuki, o, Londona bilet alandan sonra o kartdan istifadə etməyib. Yəni qalan 14 min 400 dollardan pul xərcləməyib”, deyə mənbə bildirib.

Hesabından pulun silinməsilə əlaqədar Azər Xəlilovun şikayəti araşdırılıb. Araşdırmalardan sonra ona bildirilib ki, kart hesabındakı 14 min dollar məbləğ ABŞ-da ticarət mərkəzlərində xərclənib. Və bu xərcləmələrdən 1 ildən çox vaxt keçib. ATV rəhbəri etiraz edib, kartını heç kimə vermədiyini deyib, vəsaitin hesaba geri qaytarılmasını tələb edib. Amma bank pulu qaytarmaqdan imtina edib. Bildirilib ki, əgər kartdan oğurluq olubsa belə, bu, müştərinin özünün səhlənkarlığı üzündən baş verib.

ATV prezidenti Beynəlxalq Bankı məhkəməyə də verib. Məhkəmə iddiasında bankdan 14 min dollarla yanaşı, hüquqi yardıma görə çəkdiyi 1000 manatlıq xərci də tələb edib. Amma məhkəmə onun iddiasını təmin etməyib. Qərardan yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərin də nəticəsi olmayıb – qərar qüvvədə saxlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Pilot Rəşad Atakişiyevin 34 illik ömür yolu - FOTOLAR
20.08.2019
Nazir Rövşən Əkbərovun qohumuna yüksək vəzifə verdi
20.08.2019
Sabahın hava proqnozu açıqlanıb
20.08.2019
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
20.08.2019
Bu ərazilərdə qaz olmayacaq