Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Zelenski daha bir məmuru qovdu: "Sən məni axmaq hesab edirsən?" (VİDEO)

21:44  |    13 İyul 2019  |   E-mail  |  Çapa göndər


Ukrayna Prezidenti Vladimir Zelenski daha bir məmuru işdən qovub.

V.Zelenski Ukrayna Dövlət Maliyyə Xidmətlərinin (DMX) rəis əvəzi Aleksandr Vlasova istefa ərizəsi yazmağı tapşırıb.

Odessa limanında keçirilən bir toplantıda prezident A.Vlasovdan bir neçə gömrük məmurunu işdən qovması tələbinin yerinə yetirilib-yetirilmədiyini soruşub. Onun sözlərinə görə, DMX rəis əvəzi sözügedən məmurları işdən qovacağına söz verib və bu barədə "Facebook”da yazıb.

Lakin V.Zelenski əlində olan sənədlərə əsasən öyrənib ki, həmin gömrükçülər işdən qovulmaq əvəzinə məzuniyyətə göndəriliblər. A.Vlasov onların həqiqətən qovulduğunu söyləsə də, bu, prezidenti qane etməyib.

DMX rəisinə "Sən məni axmaq hesab edirsən?” deyən prezident onun özünün işdən azad olunmasını tapşırıb.

Qeyd edək ki, V.Zelenski bir neçə gün əvvəl Barispolda yerli Şəhər Şurasının katibi Yaroslav Qodunoku yığıncaqdan qovmuşdu. (oxu.az)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Türkiyə Ukrayna ilə birgə döyüş PUA-sı istehsal edəcək
20.08.2019
Çavuşoğlu: "İdlibdə baş verənlərlə əlaqədar rejim odla oynamasın"
20.08.2019
Nazarbayev öz mahnısına klip çəkdirdi - VİDEO
20.08.2019
ABŞ qadağan olunmuş hansı raketi sınaqdan keçirdi?
19.08.2019
Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”