Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

İlham Əliyev Fransanın milli bayramı münasibətilə həmkarı Emmanuel Makronu təbrik edib

20:04  |    13 İyul 2019  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Fransanın milli bayramı münasibətilə Prezident Emmanuel Makrona təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan-Fransa əlaqələrinin xoş ənənələrə malik olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar bu ənənələri bilavasitə zənginləşdirməkdədir.

“Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız özünün geniş spektri ilə səciyyələnir. Yüksək səviyyəli siyasi təmaslarımız iqtisadi və humanitar sahələrdəki birgə işimizlə müşayiət olunur.

Bütün bunlarla yanaşı, xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə, şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Prezident Emmanuel Makrona möhkəm cansağlığı, işlərində uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Müdafiə naziri Türkiyə HDQ-nin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20.08.2019
Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü
20.08.2019
Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”