Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

Nazirlik: İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb

17:24  |    13 İyul 2019  |   E-mail  |  Çapa göndər


“İyul ayı respublikamızda ən isti aydır, ona görə də nisbətən belə sərin hava bu ay üçün səciyyəvi deyil”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, adətən iyul ayında temperatur 40 dərəcəyədək yüksəlir: “2010-cu il iyulun 12-də və 2011-ci il iyulun 22-də Bakıda temperaturun maksimum həddi 40 dərəcə olub. 2018-ci il iyulun 1-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin gün havanın maksimal temperaturu 42.7 dərəcə isti təşkil edib ki, bu da rekord həddini, yəni mütləq maksimumu keçib”.

U. Tağıyevanın sözlərinə görə, iyul ayında Bakıda ən sərin hava 1918-ci ildə, ayın 30-da qeydə alınıb: “Həmin gün havanın minimal temperaturu 12.2 dərəcə isti olub”.

ETSN rəsmisi qeyd edib ki, 2012-ci il iyulun 15-də Bakıda güclü leysan yağışı yağış, sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb: “2016-cı il iyulun 23-də Bakıda şimal küləyinin maksimal sürəti 28 m/s, arabir 30-35 m/s-dək çatıb”.

Qeyd edək ki, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Dekabr ayında nazirlik əlavə 8 növ “e-arayış” xidmətini də istifadəyə verəcək
05.12.2019
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05.12.2019
Prezident Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
05.12.2019
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
05.12.2019
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrılıb