Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

Hulusi Akar Esperlə "S-400"-ləri müzakirə edib

11:41  |    13 İyul 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə milli müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Mark Esper arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, söhbət zamanı əsas müzakirə mövzusu Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kompleksləri olub.

Danışıq zamanı Akar, Türkiyənin hava və raket təhdidi altında olduğunu, bu baxımdan “S-400” zenit raket komplekslərinin alınmasının seçim yox, məcburiyyət olduğunu vurğulayıb. O qeyd edib ki, Patriot təklifi məsələsində isə müzakirələr davam edir.

Türkiyə mili müdafiə naziri bildirib ki, “F-35” qırıcıları ilə bağlı layihənin icrasında dəyişiklik olmamalıdır. Bundan başqa Akar qeyd edib ki, “S-400” alışı ölkənin strateji mövqeyində dəyişiklik kimi qəbul edilməməlidir. Nazir vurğulayıb ki, iki ölkə arasında əlaqələrin pozulması nə Türkiyənin, nə ABŞ-ın, nə də NATO-nun mənafelərinə xidmət etməyəcək.

Danışıq zamanı bu məsələ ilə bağlı iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Rusiyalı nazirdən COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət
12.08.2020
Tramp brifinqi yarımçıq tərk etməsinin səbəbini açıqladı - VİDEO
12.08.2020
İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib
12.08.2020
Dünyada koronavirusla bağlı son statistika
11.08.2020
Livanda yaşayan onlarla erməni Ermənistana gətirilir