Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Müdafiə Nazirliyi: ABŞ Azərbaycana silah satmayıb

22:23  |    12 İyul 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Müdafiə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr palatasının konqresmeni Bred Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirib.

Nazirlikdən APA-ya bildirilib ki, konqresmenin bu cür təşəbbüslə çıxış əslində təəccüblü görünür, çünki, ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb.

"Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrdən kifayət qədər silah və döyüş vasitələri alır. Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa dərhal cavab tədbirləri görməyə qadirdir. Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”, - Nazirliyin məlumatında qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb
18.11.2019
Tofiq Yaqublu azadlığa buraxılıb
18.11.2019
"Azəriqaz": Bakıda 10 massivdə qazlaşma işləri davam edir
18.11.2019
Məşhur şadlıq sarayında kütləvi zəhərlənmə: Bəy və gəlinin halı pisləşdi