Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Xocalıda hər iki valideynini itirən gənclərimizlə diaspor gənclərinin görüşü olub

11:18  |    12 İyul 2019  |   E-mail  |  Çapa göndər


“Nəsimi 650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları üçün maraqlı təlimlər və görüşlər təşkil edilib.

Qaziler.az bildirir ki, onlar Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə də görüşüblər. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində keçən görüş iştirakçılarda böyük təəssürat yaradıb və onlar Azərbaycan torpaqlarının işğalı, münaqişənin həlli yolları barədə çoxlu suallar səsləndiriblər.

Diaspor gəncləri azərbaycanlıların ata-baba yurdundan didərgin düşməsi, günahsız insanların, xüsusilə uşaqların qətlə yetirilməsi, ümumiyyətlə torpaqlarımızın işğalı nəticəsində insan hüquqlarının pozulması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında hansı rola malik olmaları barədə danışıblar.

Xocalı qətliamı nəticəsində həyatları alt-üst olan gənclərimizin açı xatirələrini gənclər göz yaşı içərisində dinləyiblər.

Qeyd edək ki, düşərgədə müxtəlif mövzularda görüş və təlimlər davam edir. Onların arasında tarixi mövzularda təlimlər xüsusi yer tutur. Tarixçi alim Solmaz Tohidinin “Azərbaycanın 100 illik tarixi” mövzusundakı çıxışları da diaspor gənclərinin böyük marağına səbəb olub.

Düşərgə iyulun 14-ə kimi davam edəcək.








Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib
16.07.2020
Prezident Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar qəbul edib
16.07.2020
Nazirlikdən Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialara CAVAB
16.07.2020
Yüksəkrütbəli erməni zabitinin dəfnində gözlənilməz hadisə - VİDEO
16.07.2020
Dilqəm Əsgərovun oğlu da orduya yazıldı - FOTO