Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Rövşən Rzayev Avropa Şurasının komissarı ilə görüşüb

20:47  |    11 İyul 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, R.Rzayev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşkilatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Qeyd olunub ki, təcavüzkar Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqla bu ərazilərin əzəli sabibi olan yüz minlərlə insanın hüquqlarını pozmaqda davam edir. Eyni zamanda bildirilib ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, maddi rifahının yüksəldilməsini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Dunya Miyatoviç görüşə və ətraflı məlumata görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu bildirib.

İyulun 9-da Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanası və Sabunçu rayonunda salınan "Şuşa şəhərciyi"ndə məcburi köçkünlərlə görüş keçirdiyini xatırladan Dunya Miyatoviç Azərbaycana yenə səfər edəcəyini söyləyib.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20.07.2019
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20.07.2019
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
20.07.2019
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
19.07.2019
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib - YENİLƏNİB