Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

RİQC jurnalistlər üçün müsahibə elan elədi

15:35  |    11 İyul 2019  |   E-mail  |  Çapa göndər


JURNALİSTLƏRİN nəzərinə!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan

“HAQQINA SAHİB ÇIX!” kampaniyası çərçivəsində jurnalistlər üçün

MEDİA MÜSABİQƏSİNİN ELANI

“HAQQINA SAHİB ÇIX!” Kampaniyasının əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılmasıdır. Müsabiqə reproduktiv sağlamlıq və hüquqlar üzrə mövzuların və “HAQQINA SAHİB ÇIX!” (HSÇ) kampaniyasının media vasitəsilə işıqlandırılmasına xidmət edir.

Kampaniya haqqında ətraflı məlumatı – www.cyr.az saytından əldə edə bilərsiniz.

İSTİQAMƏTLƏR VƏ MÖVZULAR:

Müsabiqə üçün təqdim olunacaq media materiallarının (məqalə, bloq yazısı, reportaj, süjet, video rolik, qısa metrajlı film və s.) 4 istiqaməti var:

Kampaniyaya yönəlik: HSÇ kampaniyasının işıqlandırılması (www.cyr.az) və hadisələrin/keyzlərin/həyat hekayələrinin bölüşməsi üçün vətəndaşları motivasiya edən maarifləndirici məqalələrin hazırlanması;
Keyz üzərində: Reproduktiv hüquqları tapdanmış ailələrdəki hadisələrin jurnalistlər tərəfindən araşdırılması;
Həyat hekayaləri üzərində: Reproduktiv hüquqları tapdalannmış ailələrin həyat hekayələrinin işıqlandırılması;
Ümumi analitika: Reproduktiv sağlamlıq və hüquqlar mövzusunda mövcud olan çətinliklər və perspektivlərin diqqətə gətirilməsi.

QİYMƏTLƏNDİRMƏ MEYARLARI:

Təqdim olunacaq media nümunələrinin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə aparılacaq:

Mövzuya və müsabiqə istiqamətlərinə uyğunluq;
Peşə və əxlaq kodeksinə riayət;
Mövzuya aid konseptual və konstruktiv yanaşma;
Real hadisələrə əsaslanma istinad;
Balansın gözlənilməsi, tərəfsizlik, obyektivlik.
Müsabiqədə iştirak edən jurnalistin tanınma dərəcəsi yox, məqalənin keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcək. Bu səbəbdən – bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün Münsiflər Heyətinə təqdim olunacaq məqalələrdə müəlliflərin adları yer almayacaq. Münsiflər Heyətinin tərkibi mükafatların təqdimetmə mərasimində açıqlanacaq.

MÜDDƏT VƏ TEXNİKİ ŞƏRTLƏR:

Nəticələrin obyektivliyini təmin etmək üçün qeyd olunan texniki şərtlərə riayət edilməlidir:

Məqalələr daha öncə heç bir mətbuat vasitəsində dərc olunmamalıdır;
Məqalələr dərc olunmadan birbaşa [email protected][email protected] email ünvanlarına göndərilməlidir. Müsabiqənin nəticələri elan olunana qədər materialları dərc etmək qəti qadağandır və belə olduğu təqdirdə təqdim olunan material müsabiqədən kənarlaşdırılacaq. Müsabiqənin müddəti bitdikdən sonra, nümunələr HSÇ Kampaniyasının saytında və facebook səhifəsində yerləşdiriləcək. Bundan sonra materiallar müəllifin media platformasında və ya digər media qurumlarında da paylaşıla və ya dərc oluna bilər.

Müsabiqə 08 iyul-28 avqust 2019-cu il müddətində davam edəcək. 28 avqust tarixindən sonra təqdim olunan materiallar müsabiqəyə qəbul olunmayacaq.
Təqdim olunacaq bütün media materialları #HaqqınaSahibÇıx, #LeylaDanışır, #LeylaÜçünDanış haştaqları ilə gedəcək.

MÜKAFAT:

Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə təqdim edə bilər.

Qalibin adı 2019-cu il 15 sentyabr tarixində açıqlanacaq. Müsabiqədə 3 (üç) qalib jurnalist müəyyənləşdiriləcək:

1-ci yer – 1000 AZN;
2-ci yer – 700 AZN;
3-cü yer – 300 AZN;
Mükafatlandırma mərasimi 2019-cu ilin dekabr ayında keçiriləcək HSÇ Kampaniyasının illik yekun tədbirində baş tutacaq.

DİQQƏT!

Müsabiqəyə keyfiyyətsiz materialların təqdim edildiyi və ya yetərli sayda materialların təqdim edilmədiyi halda nəticələrin ləğv olunması hüququnu RİQC özündə saxlayır.
Təqdim olunan müsabiqə materialları RİQC “Haqqına Sahib Çıx!” Kampaniyasının saytında, habelə facebook səhifəsində müəllifin adı göstərilməklə yerləşdirə bilər.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın:

Əlaqələndirici şəxs: Leyla Orucova

Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)

Bakı şəhəri, A. Cəlilov küç. 26, mən. 98

Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44

Xural.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir