Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq - SƏRƏNCAM

20:46  |    10 İyul 2019  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncam Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib.

Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.

Qeyd edək ki, Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirib. 1961-ci ildə Megion yatağını kəşf edib.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak edib. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə - "Qlavtumengeologiyaya" rəhbərlik edib.

1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyib.

Daha sonra Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışıb.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilib.

2007-ci ildə Rusiyada vəfat edib.

2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.08.2019
Tərtərdə əlində qumbara partlayan şəxs intihar edib - RƏSMİ
14.08.2019
Bakıda keçirilən oyunda Ermənistan bayrağı dalğalandırılmayıb - RƏSMİ
14.07.2019
Şəkidə 500 yaşlı Xan çinarın budağı qırılıb, xəsarət alanlar var - RƏSMİ
21.05.2019
Bakı Şəhər İcra Hakimiyyətindən “Torqovı”nın bağlanmasına rəsmi münasibət
18.05.2019
İcra başçısı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib