Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb

12:39  |    09 İyul 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb.

Qurumdan Qaziler.az -a verilən məlumata görə, müraciəti paytaxtın Səbail rayon sakini 30 yaşlı Nigar Mirzəcanova edib. Vətəndaş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluğa görə ona Prezident təqaüdünün təyin edilməsi ilə əlaqədar müraciət edərək DOST mərkəzinin xidmətindən faydalanıb.

15000-ci müraciətin sahibi olan Nigar Mirzəcanovaya bu münasibətlə DOST mərkəzinin direktoru Seymur Alıyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. N.Mirzəcanova vətəndaşlara “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında xidmət göstərən belə bir mərkəzin açılmasından, burada ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? - ŞİKAYƏT
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı