Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Masallıda yük maşını ilə mikroavtobus toqquşub: 8 nəfər ölüb - VIDEO

10:20  |    09 İyul 2019  |   E-mail  |  Çapa göndər


Masallıda baş vermiş yol qəzasında ölənlərdən 6 nəfərinin adları məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, qəza nəticəsində, Rəşad Atalı oğlu Tağıyev (1998), Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Hikmət oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008) və Ayxan Natiq oğlu Rufullayev (2016) həyatını itirib.

*****

08:57

Masallıda "KAMAZ" markalı avtomobilin "Mercedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Lerikə toy məclisinə gedən qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzada ölənlərin hamısı qohumdur. Ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.

Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.07.2019
Sabah şəhid jurnalistin kiçik oğlunun toyudur
19.07.2019
Şagirdi intihar etmiş məktəb direktoru barəsində verilən şikayət təmin edilməyib
17.07.2019
MN: Erməni silahlı bölmələri Göygöldə traktoru snayper atəşinə tutub, itki yoxdur
16.07.2019
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
15.07.2019
Şəki Xan Sarayında baş verən bədbəxt hadisə zamanı xəsarət alanlardan biri dünyasını dəyişib